Lavrov: "Rusiya Cənubi Qafqazda sülh və sabitlikdə maraqlıdır
"Rusiya Cənubi Qafqaz regionunda sabitlik və sülhün olmasında maraqlıdır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla görüşündə deyib.
"İnanırıq ki, liderlərimiz arasında əldə olunmuş razılaşmalara alternativ yoxdur. Vəziyyətin sabitləşməsi ilə bağlı qərarların həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu və ya digər şəkildə bu regionda iştirak etməkdə maraqlı olan bütün digər ölkələr onlara hörmətlə yanaşacaqlar", - o qeyd edib.
Rusiya XİN başçısı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşdirilməsinin vacibliyini də vurğulayıb.
"Humanitar problemlərin həlli, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, hər iki tərəfin fəal işlədiyi sülh müqaviləsinin mətninin razılaşdırılması zərurəti var. Buraya ekspertlər, ictimai təşkilatlar və parlamentarilər vasitəsilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də əlavə edərdim. Daha əvvəl belə bir təcrübə var idi. Hesab edirəm ki, bu, tərəflər arasında etimadın yaradılmasında əlavə addım kimi çox vacibdir", - S.Lavrov bildirib. / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi