Lavrov: "Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır
Lavrov: "Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla aparılan dialoqun dərinləşməsində maraqlıdır"
Moskva və Tehran qarşılıqlı şəkildə bir sıra regional məsələlər, o cümlədən də Qarabağdakı vəziyyətlə bağlı dialoqu dərinləşdirməkdə maraqlıdırlar.
TASS-ın məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı ilə danışıqlara başlayarkən bəyan edib.
Rusiya XİN-in rəhbəri bildirib ki, təmsil etdikləri ölkələrin bölgədəki rolunu nəzərə alaraq, Fars körfəzində təhlükəsizlik, Əfqanıstan probleminin tənzimlənməsi kimi məsələlər üzrə ikitərəfli dialoqu dərinləşdirməkdə hər iki tərəf maraqlıdır və əlbəttə ki, dialoq zamanı Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında razılaşmanın əldə olunmasından sonra bölgədə yaranmış vəziyyət də müzakirə oluna bilər.
"Həmçinin Suriya, Yəmən və Fələstin, eləcə də digər Yaxın Şərq münaqişələri ətrafında iranlı həmkarlarımızla apardığımız fikir mübadiləsi bizim üçün böyük maraq doğurur", - deyə Lavrov bildirib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub