Lavrovdan AĞIR İTTİHAM: Bağdadi ABŞ-ın...
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov "Rusiya 24" telekanalına müsahibəsində İŞİD lideri Əbubəkr Əl-Bağdadinin ölümü barədə danışıb.
Publika.az xəbər verir ki, Lavrov Bağdadinin "ABŞ-ın bir ixtirası" adlandırıb.
2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra baş verənlərə toxunan Lavrov İraqın qanunsuz işğalı, dövləti süqutu və həbsxanalardakı ekstremistlərin amerikalılar tərəfindən sərbəst buraxılmasından sonra İŞİD-in yüksəldiyini vurğulayıb.
Nazir həmçinin, Bağdadinin ölümü barədə informasiyalara şübhə ilə yanaşdığını ifadə edib: "Bağdadi ABŞ-ın bir ixtirası idi. Rusiyanın Müdafiə Nazirliyi Bağdadi ilə əlaqədar bir açıqlama verdi. Bu mövzuda daha çox məlumat istəyirik. Ordumuz əlavə informasiyaların tapılması üzərində çalışır və ABŞ-ın Bağdadinin ölümü ilə bağlı söylədiklərinin çoxunu hələ təsdiq edə bilmir".
"Dolayısı ilə, amerikalılar doğuluşunu təmin etdikləri birini aradan götürdülər, əgər gerçəkdən bunu etdilərsə", - Lavrov əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin ötən həftə Suriyanın İdlib vilayətinin Barişa kəndində öldürülməsi ilə nəticələnən əməliyyatın görüntülərini paylaşıb.
Bağdadini belə öldürdülər - ANBAAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib