Lənkəranda 27 yaşlı gənc qətlə yetirilib
Mayın 6-da Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran Rayon Prokurorluğundan azxeber.com-a verilən məlumata görə,Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı