Lənkəranda avtomobil elektrik dirəyinə çırpıldı
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın xəbərinə görə, hadisə bu səhər köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində baş verib.
Lənkəran rayonunun Viravul kənd sakini 1961-ci il təvəllüdlü Əlövsət Ağamalı oğlu Məmmədov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib, nəqliyyat vasitəsi yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə sürücü və sərnişin – sürücünün həmkəndlisi 1947-ci il təvəllüdlü Şakir Əliağa oğlu Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Həkimlər onlara sağ baldırın aşağı 1/3 – nin sınığı, üst dodağın kəsilmiş yarası, döş qəfəsinin və hər iki baldırın küt travması diaqnozu qoyublar.
Vəziyyəti daha ağır olan 77 yaşlı Şakir Həsənova ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib. Sürücünün müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, qəzada xəsarət alan Şakir Əliağa oğlu Həsənov Birinci Qarabağ müharibəsində şəhid olan Rüfət Həsənovun atasıdır.
Faktla bağlı araşdırma aparılır.(Apa)
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi