Lənkəranda maraqlı məhkəmə: "Ərim Rusiyada erməni qadınla sevgilidir"
Oktyabrın 6-da Lənkəran şəhər Məhkəməsində maraqlı məhkəmə prosesi baş tutub.
KONKRET.az xəbər verir ki, əslən Lənkərandan olan və Rusiya vətəndaşı olmaqla bu ölkənin Tümen vilayətində yaşayan 2 nəfər xüsusi ittiham qaydasında müraciət edərək, 2001-ci il təvəllüdlü, Lənkəran Dövlət Universitetinin tələbəsi Aytac Mənsimovanın (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi əsasında məsuliyyətə cəlb edilməsini xahiş ediblər. Şikayətçilərdən R.Rəcəbov bildirib ki, Aytac onun keçmiş arvadıdır. Onlar bir neçə il əvvəl ailə quraraq Rusiyaya köçüblər. Sonra Aytac Türkiyədəki qohumugilə qonaq kimi gedib və oradan icazəsiz olaraq Azərbaycana qayıdaraq məhkəməyə boşanmaqla bağlı müraciət edib və rəsmən boşanıblar. Bundan sonra Aytac "TikTok" və "İnstagram" səhifələrində canlı yayım açaraq, keçmiş əri barəsində təhqiramiz ifadələr işlədib, onun fotosunu göstərərək ləyaqətini alçaldan ifadələr işlədib. Bu vidoları xeyli insan izləyib.
Aytac Mənsimova məhkəmədə törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib:
"Məcəllənin 148-ci maddəsi ilə mənə qarşı irəli sürülmüş ittihamda özümü təqsirli biliriəm. Qeyd edilən səhifə mənə məxsusdur. Əsəbi olub paylaşımlar etmişəm. Sabiq ərim mənim pulum ilə alınmış evdə və mənə məxsus cehizlərdən istifadə edərək erməni qadınla sevgili olub. Sabiq ərim uşağına aliment ödəmir, erməni qadına pul xərcləyir, buna görə də əsəbi olub sosial şəbəkədə onları söyüb paylaşmışam. Həmin sözləri dediyimə və onları sosial şəbəkədə paylaşdığıma görə, çox peşmanam. Məhkəmədən üzr istəyirəm. Lakin xüsusi ittihamçılardan üzr istəmirəm".
Lənkəran şəhər Məhkəməsinin hakimi Muradağa Qasımovun sədrliyi ilə keçirilən prosesdə Aytac Mənsimova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib.//Publika.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi