Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən "Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı" başa çatdı

Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən "29 İqlim söhbəti: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində iqlim dəyişmələri, onun həssas qruplar üzərində təsiri və bununla mübarizə yolları tez-tez müzakirə olunmaqdadır. Bu səbəblə 4-5 noyabr tarixlərində Lənkəran şəhərində qadın sahibkarlar üçün yaşıl bacarıqlar və dayanıqlı biznes təcrübələrini əhatə edən layihə icra olunub.
azxeber.com xəbər verir ki, "Qadın Sahibkarlar üçün Yaşıl Biznes və Eko-Liderliyin İnkişafı Proqramı" "Trendyol"un maliyyə, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilmişdir. Proqram Azərbaycanın Lənkəran, Masallı, Cəlilabad, Beyləqan, Biləsuvar, Bərdə, Gəncə və Mingəçevir bölgələrindən olan, gender stereotipləri, maliyyə çətinlikləri və resurslara əlçatanlığın olmaması kimi əhəmiyyətli maneələrlə üzləşən 35 qadının iştirakı ilə baş tutmuşdur. Keçirilən təlim, vörkşop və panel müzakirələrdə qadınların ekoloji cəhətdən təmiz sahibkarlıq sahəsində praktik bacarıqları müzakirə olunmuş, onların həm iqlim dəyişikliyi ilə mübarizə, həm də yerli iqtisadi inkişafa töhfə vermələri istiqamətində bilik və bacarıqları möhkəmləndirilmişdir.
Dayanıqlılıq və COP29-a yönəlmiş qlobal hərəkata uyğun olaraq, proqramda uğurlu qadın sahibkarların çıxışları, yaşıl liderlik mövzusunda panel müzakirələri və sosial media idarəçiliyi, rəqəmsal marketinq və resurslardan istifadə üzrə praktiki vörkşoplar yer almışdır.
Tədbir Gender Hub Azərbaycanın həmtəsisçisi və icraçı direktoru Məryəm Məcidova, BMT Azərbaycanın tərəfdaşlıq və inkişaf məsələləri üzrə müşavir Ülviyyə Əkbər, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədr müavini Sədaqət Qəhrəmanova, "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova və Yerli İcra Hakimiyyəti başçısının müavininin açılış nitqləri ilə başlayıb. Daha sonra uğurlu qadın sahibkarlar  öz ilhamverici həyat hekayələrini paylaşmış, sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlı inkişafı təşviq etməkdə hansı unikal imkanlara sahib olduqlarını vurğulayan "Yaşıl Liderlik: Qadın sahibkarlar və dayanıqlı inkişaf" mövzusunda panel müzakirəsi baş tutmuş, sosial media idarəçiliyi və rəqəmsal marketinq üzrə vörkşoplar keçirilmiş, yaşıl sahibkarlığın və kənd təsərrüfatında davamlı təcrübələrin təşviqi mövzusunda sessiya baş tutmuşdur. Proqram "design thinking" metodu ilə baş tutan qrup fəaliyyəti ilə yekunlaşmışdır.
Qeyd edək ki, layihə "Trendyol"un, BMT-nin Azərbaycandakı Ofisinin təşkilati dəstəyi ilə Gender Hub Azerbaijan tərəfindən həyata keçirilib.
Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən Lənkəranda qadın sahibkarlar üçün həyata keçirilən

Sosial       Tarix: 14 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


azerbaycan xeberleri yeni xeberler son xeberler sosial yardim en son xeber havanın temperaturu xabar az