Lənkəranda yerləşən "Bazarstore"un müdiri həyat yoldaşını qətlə yetirdi
Lənkəranda yerləşən "Bazarstore"un müdiri həyat yoldaşını qətlə yetirib.
Qətl hadisəsi 13 aprel saat 12:40 radələrində Bakı şəhərinin Binəqədi rayonu, Rəzulzadə qəsəbəsində yerləşən gözəllik salonlarının birində baş verib.
43 yaşlı İsrafil Dursun oğlu Yusifov gözəllik salonunda dırnaq ustası kimi çalışan 37 yaşlı Aygün Qərib qızı Yusifovanı kəsici-deşici alətlə qətlə yetirib.
DİN-in mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, cinayət əməlini şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı polisə gələrək təslim olub.
Qeyd edək ki, İsrafil Yusifovun Lənkəran rayonunun Liman şəhərində yaşadığı bildirilir. Əslən Tovuz rayonundandır. O, bir müddət öncə həyat yoldaşı ilə ayrı yaşamağa başlayıb. Qətlə yetirdiyi həyat yoldaşı həmçinin onun xalası qızı olub. Onların 2 övladı – bir qızı və bir oğlu var.
İlkin araşdırmalara görə, qətlin səbəbi Aygün Yusifovanın məhkəməyə müraciət edərək həyat yoldaşından boşanmaq istəməsi olub.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu