Leobank 1 milyondan çox müştəri cəlb edib və mənfəətə çıxıb
Bir milyondan çox vətəndaşımız artıq Leobank-ın müştərisidir.
azxeber.com xəbər verir ki, bununla bağlı "Unibank"ın açıqlamasında bildirilir. Bankdan həmçinin Leobank mobil bankçılıq xidməti ilə bağlı bəzi rəqəmlər və gələcək planlar barəsində açıqlama verilib.
Leobank, 2021-ci ilin sonunda fəaliyyətə başlayıb. Leo müştəriləri ümumilikdə 12 milyard manatdan çox ödəniş, 200 milyondan çox əməliyyat həyata keçiriblər. Leo kartları üzrə kredit portfeli 200 milyon manatdan çox təşkil edib.
"Leobank bu il artıq sabit mənfəət əldə edib", - "Unibank"ın açıqlamasında deyilir. "Lakin biz müştərilərimizi demək olar ki, hər həftə təəccübləndirmək və sevindirmək üçün yeni məhsullarımızı və xidmətlərimizi təqdim etməyi planlaşdırırıq".
Son bir neçə ay ərzində Leobank, müştərilərinə səhm və kriptovalyuta sərmayə xidməti, abunə idarəetməsi (birbaşa Leo tətbiqində karta bağlı olan servisləri dayandırmaq imkanı), partnyor mağazalarda hissə-hissə ödəniş, partnyorlarda cashback qazanmaq imkanı və digər xidmətləri təqdim edib.
Leobank bir milyon müştəri ilə kifayətlənməyi planlaşdırmır.
"Unibank"dan bildirilib ki, "Leobank Bakıda böyük populyarlıq qazanıb, lakin paytaxtdan kənarda müştəriləri cəlb etmək üçün hələ çox işlər görülməlidir".
Bank rəhbərliyinin fikrincə, yaxın gələcəkdə "Leobank" bir sıra yeni məhsul və xidmətlər təqdim edəcək. Xüsusən də pullarını toplamaq istəyən müştərilər üçün rahat və sərfəli təkliflər olacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR