Lerikdə İran vətəndaşına narkokuryerlik edən şəxs həbs olundu
Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs həbs olunub.
Bu barədə azxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat