Lerikdə vəzifə saxtakarlığı: Kommunal birliyin rəisi və məktəb direktoru CƏZALANDIRILDILAR

Lerikdə vəzifə saxtakarlığı: Kommunal birliyin rəisi və məktəb direktoru CƏZALANDIRILDILARLerik Rayon Kommunal Müəssisələr İstehsalat Birliyinin rəisi Rasim Əliyevə qarşı cinayət işi başlanıb.
azxeber.com "Qaynarinfo"ya istinadən xəbər verir ki, Rasim Əliyev barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə açıq məhkəmə iclasında baxılıb.
İttihama əsasən, Rasim Əliyev şəxsi maraqlarını təmin etmək məqsədilə Lerik rayonunun Vizəzəmin bələdiyyəsi ilə bağlanmış rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edib və bununla vəzifə saxtakarlığı törədib.
Qeyd olunub ki, Vizəzəmin bələdiyyəsi ilə Lerik Kommunal Müəssisələr İstehsalat Birliyi arasında məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi ilə bağlı müqaviləni Hamarmeşə kənd tam orta məktəbinin direktoru A.C. imzalayıb.
Bu sənədlərin əsasında Rasim Əliyev və məktəb direktoru Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli biliniblər. Məhkəmənin qərarı ilə Rasim Əliyev 1 500 manat, məktəb direktoru isə 3 min manat cərimə olunublar. Hər iki şəxs barəsində tətbiq edilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, həmçinin eyni məqsədlə saxta dövlət təltifi, ştamp, möhür və blank hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə, iki ilədək islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Sosial       Tarix: 14 may 2025
f Paylaş

Oxşar xəbərlər

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər valyuta mezennesi banklar zelzele valyuta mezennesi 2026