"Ləyaqətli lider Ərdoğanın andiçmə mərasimində iştirak etməzdi" - Paşinyana sərt REAKSİYA
"Paşinyan ayaqqabılarını təmizləmək üçün ağasının, Ərdoğanın yanına gedib".
KONKRET.az xəbər verir ki, Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru Tiran Lokmaqozyan belə deyib.
O bildirib ki, Ermənistanın maraqlarını təmsil edən ləyaqətli lider Ərdoğanın andiçmə mərasimində iştirak etməyə getməzdi.
"Türkiyə bizi alçaltmaqda davam edir. Onlar deyir ki, bu iki il ərzində Ermənistanla münasibətlərin normallaşması barədə bir kəlmə də görməyəcəksiniz. Açıq deyirlər: get Azərbaycanla dil tap, sonra bizə gələcəksən. Bundan sonra da Türkiyə əlaqələr qurmağa söz vermir: onlar öz maraqlarını durmadan irəli aparırlar", – deyə Tiran Lokmaqozyan əlavə edib.
Onun iddiasına görə, otuz ildir ki, Türkiyə erməni liderlərini tələyə salmağa çalışır:
"Keçmiş prezidentlərlə bu məsələdə heç nə əldə olunmayıb. Paşinyanın isə tələyə düşmək problemi belə yoxdur. Axı o, hakimiyyətə məhz Türkiyənin göstərişi ilə gəlib. Paşinyan öz işini başa çatdırmaq istəyir, dəyişməz olaraq düşmənlərimizlə, yəni dostları ilə işləyir. Əgər İran və Rusiyadan təpki olmasaydı, mənim hesablamalarıma görə, Türkiyə-Paşinyan proqramı bir il əvvəl həyata keçirilərdi, – deyə Tiran Lokmaqozyan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi