Leyla Abdullayeva Fransada erməniləri susdurdu: "Azərbaycanın 8 kəndi hələ də işğal altındadır

Leyla Abdullayeva Fransada erməniləri susdurdu: Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatınının (OECD) Parisdəki mənzil qərargahında Avrasiya departamenti tərəfindən təşkil olunan "Avrasiyanın dostları" tədbirində iştirak edib.
AZƏRTAC xəbər verir ki, OECD-nin Baş katibinin müavini Kerri-Ann Jon, eləcə də təşkilatın aidiyyəti bölmələrinin nümayəndələri tədbirdə çıxış edərək, COVID-19 pandemiyası və Rusiya-Ukrayna müharibəsinin bütün dünya ölkələrinin iqtisadiyyatına ciddi təsir göstərməsi, gələcək illər üçün iqtisadi inkişafa gözlənilən mənfi təsirlər barədə məlumat veriblər.
OECD-nin Avropa Rəqabətlilik Proqramı ölkələrinin təşkilat yanında akkreditə olunmuş səfirliklərinin nümayəndələri bu böhranın ölkələrin iqtisadiyyatına təsiri barədə tədbir iştirakçılarını məlumatlandırıblar.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva çıxış edərək, müharibənin ilk günlərindən etibarən ölkəmiz tərəfindən Ukraynaya göstərilən yardımlardan söz açıb. Deyib ki, Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələr sırasında olub. Ukraynada fəaliyyət göstərən "SOCAR Energy Ukraine" şirkətinin humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərini pulsuz yanacaqla təmin etdiyini bildirib.
Diplomat Azərbaycanın uzun illər ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə kimi dövlətlərin ərazi bütövlüyünə dəstək prinsipini hər zaman rəhbər tutduğunu vurğulayıb.
Leyla Abdullayeva hazırkı geosiyasi və geoiqtisadi çətinliklərə baxmayaraq, 2022-ci ilin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərin müşahidə olunduğunu qeyd edib. Bu ilin son 6 ayı ərzində iqtisadi artımın qeydə alındığını, qeyri-neft sektorunda 7,8 faiz, nəqliyyat sektorunda 27,2 faiz artımın müşahidə olunduğunu diqqətə çatdırıb.
Həmçinin L.Abdullayeva iclasda Ermənistan tərəfindən səsləndirilmiş tamamilə yanlış və ittiham dolu çıxışa da münasibət bildirərək, bölkgədəki reallıqlarla bağlı iclas iştirakçılarını məlumatlandırıb. Səfir ölkəmizin ərazilərinin 30 ilə yaxın müddətdə erməni işğalı altında olduğunu, ölkəmizin 2020-ci ilin payızında öz ərazi bütövlüyünü bərpa etdiyini, Üçtərəfli Bəyanatın imzalanması ilə münaqişəyə son qoyulduğunu bildirib. Qeyd edib ki, Ermənistanın bu Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etmir, erməni nümayəndənin bu iclasda səsləndirdiyi iddialar tamamilə yanlışdır. "Ermənistanın heç bir ərazisi işğal altında deyil. Ancaq Azərbaycanın 8 kəndi hələ də erməni işğalı altındadır. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və ümid edir ki, yaxın zamanda rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərə əməl edəcək, normallaşma istiqamətində müvafiq addımlar atacaq", - deyə diplomat vurğulayıb.
L.Abdullayeva işğaldan azad edilmiş ərazilərdə hazırda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə də məlumat verib.
Qeyd edək ki, tədbirin əsas məqsədi OECD-yə üzv ölkələrin, eləcə də təşkilatın Avrasiya Rəqabətlilik Proqramında iştirak edən tərəfdaş ölkələrin səfirlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirərək, regionda və qlobal miqyasda Rusiya-Ukrayna müharibəsinin və COVID-19 pandemiyasının iqtisadi sarsıntılarını idarə etmək siyasətini qiymətləndirmək və müzakirə etmək olub. / azxeber.com

Siyasi       Tarix: 06 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər cəbhədən yeni xəbərlər xeberler bugun valyuta mezennesi banklar