Leyla Abdullayevaya yeni vəzifə verildi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.
KONKRET.az modern.az-a istinadən xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.
Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.
Məsələ ilə bağlı Leyla Abdullayeva "qafqazinfo"ya açıqlamasında bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.
Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?