Leyla Əliyeva "Püstə: canlı irs" təqdimatını izlədi - FOTOLAR

Leyla Əliyeva Oktyabrın 31-də "Bakıya Uçuş. İncəsənət həftəsonu. Gələcəyimizi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") layihəsinin daha bir tədbiri - "Püstə: canlı irs" təqdimatı Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində keçirilib.
azxeber.com xəbər verir ki, əvvəlcə Maqsud İbrahimbəyovun "Püstə ağacı" hekayəsi əsasında hazırlanan monotamaşa təqdim edilib.
Oxucunu duyğular, xatirələr və nostalji dünyasına aparan əsərin mərkəzində keçmişlə bu gün arasındakı ayrılmaz bağlılığın rəmzinə çevrilən püstə ağacı dayanır.
Maqsud İbrahimbəyovun ən təsirli əsərlərindən biri olan bu hekayədə hadisələr bir uşağın gözü ilə nəql olunur. Bu monotamaşada müharibə illərindəki uşaqlığını xatırlayan artıq böyümüş oğlan obrazını isə Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov canlandırıb.
Tamaşaçılar onunla birlikdə mərkəzində iri bir püstə ağacı bitən kiçik Bakı həyətinə səyahət ediblər.
Sonra "Azərxalça" ASC-nin toxuduğu triptix – üç xalçadan ibarət əsər təqdim olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva kompozisiya ilə tanış olub.
Bildirilib ki, kompozisiya çətinliklərə baxmayaraq həyatın yenidən başlaya və bar verə biləcəyini göstərir. Su isə triptixdə üç hissəni birləşdirən mühüm rəmz kimi verilir. O, böyümə və inkişaf üçün zəruri həyat gücünün rəmzi olaraq həyatın dövri xarakterini vurğulayır.
Daha sonra Leyla Əliyevanın iştirakı ilə Mərkəzin terrasında püstə ağacı əkilib.
Qeyd edək ki, bu mərasim suya, həyata və təbiətə qayğının rəmzi kimi təcəssüm olunur. Püstə - keçmişlə gələcəyin, sənətlə ekologiyanın, insanla torpağın vəhdəti kimi qələmə verilir.
Daha sonra IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri İçərişəhərdə təşkil olunmuş Zeytun Festivalını ziyarət edib. Ölkəmizin ayrı-ayrı bölgələrindən gətirilən zeytun və zeytun məhsulları ilə tanış olub. Festivala gələn şəhərimizin qonaqları və turistlərlə səmimi söhbət atmosferində keçən ziyarətdə xatirə şəkilləri də çəkilib.
Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva Leyla Əliyeva

Sosial       Tarix: 01 noyabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən -a verilən xəbərə görə, 18 avqust saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsi

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə xəbərdarliq

Qarpızı hər gün yemək mümkündür, lakin şəkərli diabeti və ya qlükozaya tolerantlığı pozulmuş insanlar onun istehlakını məhdudlaşdırmalıdır. Bu barədə həkim Anna Kosenkova "Ria Novosti"yə açıqlamasında bildirib

Tiktok'er 'Bəniz' apellyasiya şikayəti verdi

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli "Tiktok"er Aybəniz Xəlilova apellyasiya şikayəti verib. xəbər verir ki, bu barədə "Unikal"a xanım tiktokerin vəkili Salman Qasıml

DSX general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb - FOTO

Dövlət Sərhəd Xidməti general Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı yayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Azərbaycan sərhəd mühafizəsinin inkişafında mühüm xidmətləri olmuş, uzun illər dövlət sərhədlərimizi

Azərbaycanda avro bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, avqustun 19-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi isə 0,0355 manata təşkil edib. Öz növbəsində, Rusiyanın 10

Arıqlamaq üçün edilən bu üsul risklidir - Professor xəbərdarlıq etdi

Arıqlamaq və sağlam həyat tərzi məqsədilə karbohidrat qəbulunu tamamilə dayandıran insanların sayı artır. Bir çoxları bunun sürətli çəki itkisinə və daha sağlam bədənə gətirib çıxardığını düşünür. Lakin bəzi hallarda karbohidratları

Dollar sabitdir, bəs qiymətlər niyə artır? – Bahalaşmanın əsas səbəbləri açıqlanıb

Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsinin uzun müddətdir sabit qalmasına baxmayaraq, bazarda bir sıra məhsul və xidmətlərin qiymətlərində artım müşahidə olunur. Bu vəziyyət istehlakçılar üçün haqlı olaraq sua

Balıkəsirdə Beynəlxalq Media Zirvəsi keçirildi: Türk dünyası üçün yeni media modeli təklif edildi - FOTO

Balıkesir Jurnalistlər və Yazıçılar Cəmiyyəti tərəfindən təşkil olunan Beynəlxalq Akademiklər, Jurnalistlər və Media Nümayəndələri Forumu "Mədəniyyət, Media və Süni İntellekt Oxunda Rəqəmsal Gələcək" mövzusund

Ev almaq istəyənlər diqqət - Bu tarixləri gözləyin

Hazırda əmlak bazarındakı vəziyyət və qiymətlər ev almaq istəyənləri fikrə salır. Mənzil almaq üçün indi düzgün vaxtdır, yoxsa gözləmək daha sərfəlidir?. xəbər verir ki, bu barədə "Yeni Sabah"a açıqlamasında Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumatlar butun xeberler xəbər.az