Leyla Həsənovaya yeni vəzifə verildi
Leyla Həsənova COP29-un Azərbaycan üzrə "Gənclər İqlim Çempionu" təyin edilib. Hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır.
O, ADA Universitetində Beynəlxalq tədqiqatlar üzrə bakalavr təhsili alıb. Daha sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik mübadilə proqramında iştirak edib.
Təhsil aldığı müddət ərzində iqlim dəyişikliyi, davamlı inkişaf, bərpaolunan enerji resursları, gənclər, gender və iqlimə davamlılıq kimi bir sıra mövzuda araşdırmalara və analitik təhlillərə rəhbərlik edib.
O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sistem Heyətləri Kollecini və təşkilatın Fəlakət Riskinin Azaldılması məktəbini (kursunu) uğurla bitirib. Orada təhsil alarkən "Düşüncə Liderlik Kursu – Fəlakət Riskinin Azaldılması və İqlim Dəyişikliyinə Adaptasiya olmağın Sinerjiləşdirilməsi (birləşdirilməsi)", "Gənclik, Sülh və Təhlükəsizlik" və "Digital4Sustainability Learning Path" kimi kurslarda iştirak edib.
Leyla Həsənova əvvəllər İnkişaf və Diplomatiya İnstitutunda Proqram koordinatoru vəzifəsində çalışıb. O, burada korporativ sektorlar və dövlət qurumları üçün rəhbər təhsil proqramlarının idarə edilməsinə cavabdeh olub./Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR