Lipartanyandan ŞOK ETİRAFLAR: Müharibənin 4-cü günündə Paşinyana deyiblər ki... - VİDEO

Lipartanyandan ŞOK ETİRAFLAR: Müharibənin 4-cü günündə Paşinyana deyiblər ki... - VİDEOVideo əlavə olunub.

xxx
Yuxu görmək Ermənistanın həyat strategiyasıdır.
Publika.az xəbər verir ki, bunu Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın məsləhətçisi, 1990-cı illərdə Qarabağ müzakirələrinin əsas iştirakçılarından olan Jirayr Liparityan BBC-yə müsahibəsində deyib.
Lipartanyandan ŞOK ETİRAFLAR: Müharibənin 4-cü günündə Paşinyana deyiblər ki... - VİDEOLiparityan Ermənistanın Qarabağ mövzusunda son 25 ildir əhəmiyyətli ölçüdə xətalara yol verdiyini bildirib: "Ermənistan tərəfi lazımsız formada Türkiyə ilə Azərbaycanı qıcıqlandıracaq addımlar atdı. Yuxu görmək Ermənistanın həyat strategiyasıdır, amma yuxu görmək bir strategiya deyil. Qarabağ mövzusunun 2 əsas ünsürü vardı. Bunlar Dağlıq Qarabağın statusu və Azərbaycana aid olub Ermənistan qüvvələrinin nəzarətində saxlanan 7 bölgənin vəziyyəti idi. Beynəlxalq ictimaiyyət 30 il Qarabağın müstəqilliyini tanımayacağını söylədi".
O, Türkiyə, Rusiya, ABŞ, Fransa və İranın Azərbaycanın ərazi bütövlüyü üzərindən variantlar təqdim etdiyini xatırladıb: "Dünyada heç kim bu 7 bölgəni işğal edəcəyimizi gözləmirdi. Hər zaman müəyyən şərtlər altında geri verilmələrini gözləyirdi. Bu şərtləri qəbul etmək Ermənistan üçün əhəmiyyətli deyildi. Azərbaycanın zamanla hərbi qüvvə və müxtəlif mənbələr baxımından gücləndiyini unutmamalıyıq. Uzlaşmağa gedən prosesi uzatmaqla müharibə bir o qədər yaxınlaşdı və bu müharibədə qalib gəlmək şansımız da o qədər azaldı".
Liparityan Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ mövzusunda yol verdiyi xətalara diqqət çəkib: "Paşinyan Dağlıq Qarabağın statusu ilə bağlı razılaşma olmadan Azərbaycanın ciddi qəbul olunmayacağı və müzakirələrin mənasız olduğu istiqamətində təkidini davam etdirdi. Bu vəziyyətin müharibəyə gətirib çıxaracağı təqdirdə isə müharibəyə hazır olduğunu düşündü. Bu mövqe Ermənistanın son 25 ildə sərgilədiyi mövqe idi. Bütün istiqamətlərdən baxanda müharibəni 30 il əvvəl udmadığmız kimi bu gün udmayacağımız çox açıq idi. Paşinyanın müharibənin 4-cü günündə bu məsələ ilə bağlı xəbərdarlıq aldığını da öyrənmiş olduq".
O, Paşinyanın Türkiyənin ərazi bütövlüyünə qarşı açıqlamalar verdiyini də bəyan edib.
Bildirib ki, Ermənistan 200 ildir eyni zehniyyətdə qalıb: "Heç kim beynəlxalq ictimaiyyətin bizə demək istədiyini dinləmək istəmədi. Beynəlxalq ictimaiyyətin görüşü bizim üçün əhəmiyyətli olmalıdır. Çünki uduzanda onların qabağına qaçırıq. Onlardan edə bilməyəcəklərini etmələrini istəyirik".
Liparityanın sözlərinə görə, üçtərəfli bəyanatı heç kim dəyişdirə bilməyəcək: "Razılaşma artıq hər hansı seçim problemi olmadığını açıq şəkildə ortaya qoyur. Müstəqil Qarabağ və ya Azərbaycanın daxilində bir bölgə - bu seçim artıq mövcud deyil".
Zümrüd

Dünya       Tarix: 03 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər


yeni xeberler azerbaycan xeberleri son xeberler bugünkü son xəbərlər idman xeberleri kriminal bugun cəbhədən son durum