Lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşdi
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə yeni dövlət rüsumları müəyyənləşib
azxeber.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna edilmiş dəyişikliklə lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə aid edilən döyüş təyinatlı hərbi texnika və hərbi silahla bağlı lisenziya verilməsinə görə yeni dövlət rüsumu müəyyənləşib.
Belə ki, döyüş təyinatlı hərbi texnikanın və hərbi silahın layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.
Bundan əlavə, döyüş sursatının layihələndirilməsi üçün 10 000 manat, istehsalı və sınaqdan keçirilməsi üçün 50 000 manat, quraşdırılması, montajı, təmiri və texniki xidmət göstərilməsi üçün 12 500 manat, saxlanılması üçün 12 500 manat, utilizasiyası üçün 10 000 manat rüsum ödəniləcək.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat