Litva Prezidenti İlham Əliyevi təbrik etdi
Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda dövlətimizin başçısına yeni uğurlar, ölkəmizə davamlı rifah diləyən Prezident Gitanas Nauseda qeyd edib: "Qəti əminəm ki, Sizin prezidentliyinizin yeni dövründə də Litva ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri, uğurlu ikitərəfli və çoxtərəfli tərəfdaşlıq daha da inkişaf etdiriləcək".
Prezident Gitanas Nauseda ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə iqtisadiyyat, informasiya texnologiyaları və bərpaolunan enerji sahələrində ikitərəfli təmasların inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.
Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə bir daha təbrik edən Litva dövlətinin başçısı yeni mandatın regionda dayanıqlı sülhün qurulması üçün möhkəm təməl olduğunu qeyd edib.

Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir