Litvalı deputat Putinə səsləndi: "Rusiya bizim Smolenskimizi qaytarmalıdır"

Litvalı deputat Putinə səsləndi: Litva Seyminin deputatı Matas Maldeykis Litva hakimiyyətini Smolenskin qaytarılmasını tələb etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.
Maldeykis bununla Litva Respublikasının müstəqilliyinin tanınmasını ləğv edən qanun layihəsini hazırlayan rusiyalı deputat Yevgeni Fyodorovun hərəkətlərinə cavab verib.
"Əgər Rusiya Litvanın 1991-ci ildəki müstəqilliyinin tanınmasını pisləsə, o zaman Litva 1634-cü il Polyanovski müqaviləsini ləğv edəcək və Putindən IV Vladislavın səlahiyyətlərinə tabe olmasını və işğal olunmuş əraziləri Litva Böyük Knyazlığına qaytarmağı tələb edəcək. Smolensk Litvadır!".
Xatırladaq ki, bundan əvvəl Dövlət Dumasının deputatı Yevgeni Fyodorov "Litva Respublikasının müstəqilliyinin tanınması haqqında" qanun layihəsi təqdim etmişdi. Sənədin izahatında o, öz təklifini onunla əsaslandırıb ki, Konstitusiyaya dəyişikliklər edildikdən sonra Rusiya Federasiyası öz ərazisində SSRİ-nin hüquqi varisi kimi tanınıb.
Deputat həmçinin xatırladıb ki, 1991-ci ilin martında SSRİ-də referendum keçirilib, nəticədə ölkə sakinlərinin əksəriyyəti Sovet İttifaqının vahid dövlət kimi saxlanmasına səs verib.
Lakin həmin ilin sentyabrında SSRİ Prezidenti Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Dövlət Şurasının birinci iclasında Litva Respublikasının müstəqilliyinin tanınması ilə bağlı qəbul edilib.
Yevgeni Fyodorovun sözlərinə görə, bu qərar qeyri-konstitusiya orqanı tərəfindən qəbul edildiyindən və Sovet İttifaqının əsas qanununun bir sıra maddələrini pozduğundan qanunsuz olub.
Qeyd edək ki, Polyanovski müqaviləsinin şərtlərinə görə, Rusiya dövləti və 1569-cu ildə Polşa Krallığı ilə Litva Böyük Knyazlığının birləşməsindən yaranan Rzeczpospolita federal dövləti (Onun torpaqları 1795-ci ildə Rusiya İmperiyası, Prussiya və Avstriya arasında bölünüb) 1618-ci il Deulino barışığında müəyyən edilmiş sərhədlərini saxlayıb. 17-ci əsrin əvvəllərində Rusiya dövlətində çətinliklər dövründən istifadə edən Rzeczpospolitanın qoşunları aylarla davam edən mühasirədən sonra Smolenski ələ keçiriblər.
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 10 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyas

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son xəbərlər bu gune olan xeberler xabar az son xeberler bugun 2026 azerbaycan