Litvalı jurnalistdən təsirli Şuşa paylaşımı: "Şuşa Azərbaycanın qürurudur
"Mən 8 may 1992-ci ildən bəri ona doğru addımlayırdım. Neçə gün, neçə ay bir an kimi gəlib keçdi. Və düz otuz ildir ki, hər kəsə Azərbaycanın mədəniyyət beşiyi olan müqəddəs Şuşa şəhərinə qayıdacağımı söyləyirdim!!!"
Bu fikirləri özünün "Facebook" səhifəsində Litvalı jurnalist, Xocalı hadisələrinin canlı şahidi, Qarabağ müharibəsi həqiqətlərini barədə mütəmadi yazılarla çıxış edən Riçardas Lapaitis yazıb.
İşğaldan azad olunan Şuşaya səfərini təsirli cümlələrlə oxucularına təqdim edən Riçardas Lapaitis qədim Azərbaycan şəhərini açıq havada mavzoleyə bənzədib.
"Burada hər addım başı mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar və bütün Azərbaycanın tarixi var! Dağların üstündə bir bayraq gördüm! Azərbaycan bayrağı - bu, şəhərin bütün bəşəriyyətə açıq olması deməkdir!"
Azərbaycan Prezidenti tərəfindən "Dostluq" ordeni ilə təltif edilən jurnalist düşmənin 30 il ərzində Şuşada törətdiyi vəhşiliklərə də xüsusi yer ayırıb.
"Ermənistan otuz ilə yaxın zaman ərzində burada ona aid olmayan hər şeyi - mədəniyyət abidələrini, əlyazmaları, məscidləri, müqəddəs kitabları, xalçaları qədim qəbiristanlıqları, məqbərələri məhv etməyə çalışıb. Otuz illik faşizm həm insani, həm də mədəni irs baxımdan dəhşətli itkilərlə nəticələnib!".
Litvalı jurnalist həmçinin qeyd edib ki, 2020-ci ilin noyabr ayında ordumuz Şuşanı işğaldan azad etməklə Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edib.
"Şuşa Azərbaycanın qürurudur. O da nəhayət mənim kimi evinə qayıtdı!!! Sizi, yanımızda olanları, bizi həmişə dəstəkləyənləri və inananları möhkəm qucaqlayıram! Artıq başqa bir tarixi... Ən əzəmətli Azərbaycan şəhəri Şuşanın çiçəklənmə tarixini yazacağıq! Bunu bütün qəlbimlə arzu edirəm!".

Seymur Cəfərov vəfat etdi
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Prezident sərəncam imzaladı
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi