London kazinosunda 26 milyon uduzub "aradan çıxan" kimdir?
Londonun "Les Ambassadeurs" kazinosu çinli milyarderə qarşı məhkəmə iddiası qaldırıb və onun bir neçə il əvvəl uduzduğu milyonlarla dolları vermədiyini bildirir. İddiada məhkəmədən xahiş edilir ki, milyarderin aktivləri bloklansın.
Milyarder Yu Sonqbo 2018-ci ilin aprelində "Les Ambassadeurs" kazinosunda 26 milyon dollar uduzub. Bir müddət sonra biznesmen kazino rəhbərliyi ilə borcun 3 milyon dollar azaldılması barədə razılığa gəlib və 10 milyon dollara yaxın ödəyib. Lakin daha sonra "yoxa çıxıb" və kazino nümayəndələri onunla təmas qura bilməyib, nəticədə məhkəməyə müraciət olunub.
"Les Ambassadeurs" kazinosu Londonda məşhurdur və bir çox Ceyms Bond filmlərində adı çəkilir. Bu kazino-kluba illik üzvlük haqqı 33 min dollardır.
Kazinoda uduzub pulu verməyən çinli milyarder isə Çində yerləşən "Herun Group" şirkətinin sahibidir, bu şirkət daşınmaz əmlak, enerji nəqli, gəmiqayırma, logistika və sənaye investisiyası kimi sahələrdə fəaliyyət göstərir.(virtualaz.org) /publika.az

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq