"Lotu Quli"nin əsas adamlarından olan "Kürd Amo" öldürüldü
Kriminal aləmdə "Kürd Amo" kimi tanınan Əhməd Ərəbov öldürülüb.
KONKRET.az bakupost.az-a istinadən xəbər verir ki, hadisə Goranboy ərazisində baş verib.
"Kürd Amo" "qanuni oğru" "Lotu Quli"nin əsas tərəfdarlarından biri kimi tanınırdı. Son illərdə həyatına təhlükə olduğundan Bakıdan uzaqlarda yaşadığı bildirilir. Buna görə də hadisənin kriminal qruplaşmalar arasındakı düşmənçiliklə əlaqəli olduğu ehtimal olunur.
Amma saytımızın araşdırmasına görə, "Kürd Amo" uzaq qohumu tərəfindən öldürülüb. Belə ki, onun hadisədən bir gün əvvəl Tarzan Salmanov adlı şəxslə əkin sahəsində mübahisələri olub. Ayın 16-da "Kürd Amo" mübahisəni davam etdirmək üçün idarə etdiyi avtomobillə rayonun Veyisli kəndi ərazisində onun qarşısını kəsib. Avtomobildən düşərək ona tərəf irəlilədiyini görən T.Salmanov idarə etdiyi "Ford" markalı avtomobilini "Kürd Amo"nun üzərinə sürərək, üstündən keçib. Əhməd Ərəbov yerindəcə vəfat edib. Tarzan Salamov isə hadisə yeindən qaçsa da, bir neçə saat sonra saxlanılıb.
Qeyd edək ki, "Kürd Amo" 2021-ci ildə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə və satma) maddəsi ilə 2 il müddətinə həbs olunub. O, daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşayıb.
"Kürd Amo"nun məhrum "Lotu Quli"nin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi