"Lotu Quli"nin öldürüldüyü oteldə nələr tapılıb?
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı "qanuni oğru", "Lotu Quli" kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib.
Open.az xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, "Lotu Quli"nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb.
Xatırladaq ki, "Lotu Quli" Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi "Alva Donna Exclusive Hotel Spa" beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan "Xan Bakinski" ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib.
Antalya polisindəki mənbələrin dediyinə görə, "Xan Bakinski" Nadir Səlifova arxadan, boynunun arxasından dörd dəfə atəş açdıqdan sonra otel dəhlizi ilə qaçaraq uzaqlaşıb. Bu zaman "Lotu Quli"nin Gürcüstan vətəndaşı olan cangüdəni, İ.D. onu əlində iki tapança ilə qovub və dalbadal atəş açıb. "Xan Bakinski" qıçından və budundan yaralansa da onu aşağıda gözləyən Əmir H. Ilə birlikdə qaça bilib. Lakin "Xan Bakinski"nin və cinayət ortağının Denizli istiqamətində getdiyini təsbit edən polis Denizli polis müdirliyi ilə təmasa keçib, cinayətkarların içərisində olduğu avtomobil Antalya-Denizli avtomobil yolunda saxlanılıb.
Hadisə yerində aparılan axtarışda 2 tapança darağı, 1 fişək, boş gilizlər, 1 ədəd tapança, oteldə aparılan araşdırmada isə Səlifovun otağının girişində 1 tapança, 15 fişək, otağındakı çantasında 15 fişək, 1 bıçaq və başqa yerdə saxlanılan daha 1 tapança tapılıb.
"Xan Bakinski"nin hadisə yerindən qaçdığı avtomobildə isə 1 tapança, 11 fişək, 1 bıçaq ələ keçirilib.
"Alva Donna Exclusive Hotel Spa" oteli əvvəllər Habil Nadiroğlu adlı azərbaycanlı iş adamına məxsus olan "Alva Donna Qrup" 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited" şirkətinə satılıb. Yerli mediada məlumat yayılıb ki, adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. (Virtualaz.org)

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib