Lukaşenko prezident olmaqdan yorulduğunu bildirdi - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko onu prezident postunda qalmağa sövq edən bəzi motivlərdən danışıb.
KONKRET.azBELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Xatın memorial kompleksində jurnalistlərlə söhbəti zamanı bildirib.
Lukaşenko deyib ki, o, artıq prezidentlikdən bezib, lakin bəzi məsələlər onu bu vəzifədə qalmağa məcbur edir.
O, təzyiq altında olduğunu da bildirib.
"İlk növbədə sizin tərəfinizdən mənim hansı təzyiq altında olduğumu bilmirsiniz. Sizi ruhdan salmağa qorxuram. Bu, ən məsuliyyətli işdir", – deyə dövlət başçısı vurğulayıb.
Belarus Prezidenti qeyd edib ki, əgər başqasını hakimiyyətə gətirsələr, o zaman onların iqtidarı saxlaya biləcəklərinə zəmanət yoxdur.
Xatırladaq ki, yanvarın əvvəlində Aleksandr Lukaşenko belarus xalqının müvafiq qərar qəbul edəcəyi təqdirdə istefaya gedəcəyini bəyan edib. O, artıq öz işini gördüyünü də vurğulayıb.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü