Lukaşenkonun Qarabağ açıqlaması İrəvanı bir-birinə vurdu - QALMAQAL
Ermənistan tərəfi Belarus Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan Lukaşenkonun İrəvana ünvanladığı "xaotik və danışıqların məntiqindən uzaq" bəyanatlarını şərh etməyi yersiz hesab edib.
"Biz Belarus Prezidentinin danışıqlar məntiqindən uzaq, müttəfiq və tərəfdaş münasibətlərinə zidd olan xaotik bəyanatlarını şərh etməyi məqsədəuyğun hesab etmirik", – deyə Hunanyan qeyd edib.
Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, bu bəyanatlar KTMT üzvünün Lukaşenko tərəfindən imzalanmış öhdəliklərini şübhə altına alır.
Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz İrəvanın ittihamlarına cavab olaraq bildirib ki, Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması reallığa əsaslanır və başa düşüləndir.
"Ona görə də biz dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlət başçısının bu çətin, lakin həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən oxumağı tövsiyə edirik", – deyə Qlaz vurğulayıb.
Qeyd edək ki, Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın vasitəçiliyi altında Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar masasına oturmağa çağırıb. Onun fikirləri Ermənistanda birmənalı qarşılanmayıb.
Onu da bildirək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrın 28-də keçirilən növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyana sərt cavab verib. Lukaşenko iclas zamanı Paşinyanın ünvanladığı iki sualı cavablandırıb.
Belarus lideri Paşinyana cavabında deyib ki, KTMT-nin ayrı-ayrı ölkələrini Azərbaycanla üz-üzə qoymaq lazım deyil, problemi həll etmək vacibdir.
"Siz bizim qarşımıza iki sual qoyursunuz: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi bildirək. Bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik.
İkinci məsələ, "mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi təqdim edin" deyirsiniz. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Biz bu münaqişəni istəmirik", – deyə Lukaşenko Paşinyanı yerinə oturdub. Modern.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü