"Lukoil" bu tarixdə Azərbaycanı tərk edir - "Şahdəniz"dəki payını satır

Natiq Cəfərli: "Böyük ehtimalla, şirkət payını başqa bir yerli və ya xarici şirkətə satacaq. 
Rusiyanın "Lukoil" şirkəti ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən "Şahdəniz" qaz layihəsindəki 19,99 faizlik payını 13 dekabra qədər satmağa hazırlaşır.
azxeber.com xəbər verir ki, məlumatı etibarlı mənbəyə istinadən "haqqin.az" yayıb. Bildirilir ki, sanksiyalar qüvvəyə mindikdən sonra şirkətin beynəlxalq bank əməliyyatları bloklanacaq və bu, "Lukoil"in layihə üzrə maliyyə öhdəliklərini yerinə yetirməsinə imkan verməyəcək.
Mənbənin məlumatına görə, dekabrın 13-dən sonra şirkət "cash call" adlanan ödənişləri həyata keçirə bilməyəcək. Həmin vəsait layihənin stabil fəaliyyəti üçün ayrılır və yalnız ABŞ dolları ilə ödənilir. Öhdəliklər yerinə yetirilmədiyi halda, "Lukoil" 2026-cı il fevralın 13-dən defolt riski ilə üzləşəcək.
Qeyd edək ki, "Şahdəniz" layihəsi şirkət üçün strateji əhəmiyyət daşıyır. 2022-ci ildə "Lukoil" "Petronas"a məxsus əlavə 9,9 faizlik payı 1,45 milyard dollara alaraq iştirak payını 19,99 faizə yüksəltmişdi. Yataqda illik hasilat artıq 28 milyard kubmetrə çatır və payın satışından bir neçə milyard dollar gəlir əldə olunacağı ehtimal olunur.
İqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, informasiyanın rəsmi təsdiqini gözləmək lazımdır:
"İqtisadi baxımdan ciddi bir təsirin olacağı gözlənilmir. Azərbaycanda enerji bazarına və qiymətlərə təsirini düşünmürəm", — deyə o qeyd edib.
Ekspert əlavə edib ki, "LUKOİL" aktivlərini sataraq bazardan çıxacaq:
"Böyük ehtimalla, şirkət payını başqa bir yerli və ya xarici şirkətə satacaq. Oxşar proses Qazaxıstanda da baş vermişdi — o zaman "LUKOİL" aktivlərini "Şevron"a satmışdı".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 20 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az