m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldı

m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofis açıldıÖlkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası və yenidən qurulması prosesinə verdiyi töhfələrlə seçilən Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə daha bir addım atıb. Belə ki, ötən gün Füzuli şəhərində "Qayıt İş" layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutub. Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət ofisinin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Bir ekosisteminin rəsmi nüməyəndələri – Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov iştirak ediblər.
Layihə haqqında fikirlərini bölüşən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Qarabağda dayanıqlı məskunlaşma üçün  yeni müəssisələrin açılmasını yüksək qiymətləndirib. Sədr bildirib ki, dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modeli olan "Qayıt İş" layihəsi yalnız yeni iş yerlərinin yaradılması deyil, həm də Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə vermək, köçürülmüş əhalinin doğma yurdda dayanıqlı məşğulluğuna dəstək  məqsədi daşıyır. Sadiq Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini və öz yurdlarına qayıdan vətəndaşların məşğulluqlarının təmini istiqamətində fasiləsiz xidmətlərin göstəriləcəyini vurğulayıb.
Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov isə bu təşəbbüsü dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi adlandırıb. "Hər Qarabağ səfərimizdə bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək həqiqətən insana böyük güc verir. Bu dəfə də Bir ekosistemi olaraq doğma torpaqlarda daha bir təşəbbüsə imza atdıq. Füzulidə m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışını etdik.  Ən əsası odur ki, ofisdə çalışan gənc əməkdaşlarımızın hamısı məhz Füzuliyə geri dönən sakinlərimizdir. Gənc həmkarlarımızın öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları bizim üçün sadəcə bir layihə yox, real dəyərdir. Bir sözlə, məqsədimiz Qarabağda dövlətimizin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə özəl sektor olaraq töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır".
Layihənin məqsədi bölgəyə qayıdan sakinlər üçün dayanıqlı iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini gücləndirməkdir. Elə bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan əməkdaşlar məhz Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından Füzuli şəhərinə qayıdan və burada yaşayan 14 nəfər şəhər sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib və bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması planlaşdırılır.
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.      / azxeber.com

İqtisadiyyat       Tarix: 29 noyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar axsam az xeberler apa.az xeberler valyuta mezennesi 2026