Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən - AÇIQLAMA

Maaş, pensiya və sosial yardımlar artacaq – Bu tarixdən - AÇIQLAMA"Minimum əmək haqqının artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkliflər hazırlanıb, artıq bununla bağlı ictimaiyyətə məlumat verilib. Gözlənilir ki, noyabrın birinədək təkliflər hazırlanıb təqdim olunacaq".
KONKRET.az Baku.ws-ə istinadən bildirir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, məhz müzakirələrdən sonra minimum əmək haqqının artırılacağı ilə bağlı qərarın veriləcəyi gözlənilir:
"Minimum əmək haqqın artırılması ilə bağlı təkliflər bu ilin payızında yekunlaşacaq, hazırlanması və təqdim olunması, daha sonra qərarın verilməsi reallaşa bilər.
Pensiyalardakı artımlar indeksasiya ilə həyata keçirilir. İndeksasiya hər ilin əvvəlində baş verib və 2025-ci ilin əvvəlində 2004-cü ildə orta aylıq əmək haqqındakı artıma uyğun olaraq indeksasiya ilə bağlı qərarın veriləcəyi gözlənilir.
Eyni zamanda, əvvəlki illərdə, məsələn, 2022-ci ildə cənab Prezidentin göstərişi ilə pensiyaçılara yardımlar verilmişdir. Bununla bağlı altıncı çağırış Milli Məclisdə də təkliflər təqdim olunmuşdu. Düşünür ki, bu istiqamətdə fiskal yükün qiymətləndirilməsi və hesablanması həyata keçirildikdən sonra məhz uyğun qərarın verilməsi istisna deyil".
Vüqar Bayramov əlavə edib ki, əsas məsələlərdən biri məhz fiskal qiymətləndirmənin həyata keçirilməsi və tələb olunan maliyyə yükü, büdcə tərəfindən ayrılacaq vəsaitin müəyyənləşdirilməsidir:
"Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə və milli təhlükəsizliyi üçün ayrılan vəsaitin həcmində artımlar var və bu istiqamətdə prioritetdir.
Amma bütün bunlarla yanaşı, təbii ki, sosial istiqamətdə prioritetlərini qoruyub saxlayıb və son dörd sosial paketə dövlət büdcəsindən əlavə olaraq 7 milyard manat vəsait xərclənib. Bu ondan xəbər verir ki, sosial paketin dərinləşməsi və sosial siyasətin dəstəklənməsi də prioritet olaraq qalmaqdadır
Təbii ki, fiskal gəlirlərimizə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir. Minimum əmək haqqın artırılması ilə bağlı müzakirələrin noyabrın birinə qədər tamamlanacağını nəzərə alsaq, gözlənti ondan ibarətdir ki, bu kontekstdə artımlarla bağlı müzakirələr və təkliflərin təqdim edilməsi bu ilin noyabrın birinə qədər tamamlana bilər. Daha sonra məhz dövlət büdcəsinin gəlirlərinə uyğun olaraq bu istiqamətdə addımların atılacağı gözlənilir".

Sosial       Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi

Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir

Almaniyanın avtomobil sənayesi dərin böhranla üzləşib. Ştutqartda yerləşən avtomobil istehsalçısı Mercedes-Benz ölkədəki zavodlarına bütün yeni investisiyaları müvəqqəti dayandırmaq qərarına gəlib. xəbər verir ki, şirkə

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə

Varlı olanlar üçün əlavə vergi – Hökumətdən yeni qərar tələb edilir

Almaniyada ultra varlı şəxslərin daha yüksək vergi ödəməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. "Birlik 90/Yaşıllar" Partiyasının Bundestaqdakı fraksiyası sərvəti 500 milyon avronu ötən şəxslər üçün xüsus

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər son xeberler 2026 meherremlik 2026 sonxəbərlər