ADNSU əməkdaşının məqaləsi "Times Higher Education" platformasında dərc olundu

ADNSU əməkdaşının məqaləsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirlinin ali təhsil müəssisələrində sosial media kommunikasiyasına həsr olunmuş məqaləsi beynəlxalq nüfuzlu"Times Higher Education" nəşrinin THE Campus platformasında dərc edilib.
Noyabrın 9-da yayımlanan "Universitet əməkdaşlarının praktikada istifadə edəcəyi sosial media qaydaları necə hazırlanmalıdır?" sərlövhəli məqalədə universitetlər üçün sosialmedia qaydalarının hazırlanmasında nəzərə alınmalı əsasprinsiplər və praktik yanaşmalar təhlil olunur.
Müəllif sosial media siyasətinin yalnız qadağalar və ümumi davranış qaydalarından ibarət olmamalı olduğunu, universitet əməkdaşlarının gündəlik fəaliyyətlərində qarşılaşdıqları konkret situasiyalara uyğun qərarvermə mexanizmlərini də əhatə etməsinin vacibliyini vurğulayır. 
Məqalədə akademik heyətin şəxsi və institusional kommunikasiya sərhədləri, sosial mediada həssas məsələlərə münasibət, jurnalist sorğularının cavablandırılması, yanlış məlumatların yayılması və kommunikasiya risklərinin idarəolunması kimi məsələlərə toxunulur. Eyni zamanda, mübahisəli və ya qeyri-müəyyən hallarda əməkdaşların hansı addımları atmalı olduğu, nə zaman müvafiq struktur bölmələrə müraciət etməsinin zəruriliyi və sosial media qaydalarının praktik nümunələrlə necə daha effektiv tətbiq oluna biləcəyi izah edilir.
Məqalədə beynəlxalq universitetlərin təcrübələrinə də istinad edilir, sosial media üzrə təlimatların akademik müstəqilliyə hörmətlə yanaşmaqla institusional reputasiyanın qorunmasına və məsuliyyətli kommunikasiyanın təşviqinə xidmət etməli olduğu qeyd olunur.
Qeyd edək ki, "Times Higher Education" ali təhsil sahəsində beynəlxalq reytinqləri, xəbərləri və ekspert təhlilləri ilə tanınannəşrdir. Onun THE Campus platformasında universitet rəhbərləri, akademik heyət və ali təhsil mütəxəssisləri üçün praktik tövsiyələr və peşəkar təcrübəyə əsaslanan məqalələryayımlanır.
Məqalə ilə tanış olmaq üçün: / azxeber.com

Sosial       Tarix: 12 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA

Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arva

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında

Qanunvericilikdə nəzərdə tutulan sosial təminatların həyata keçirilməsi zamanı bəzi hallarda problemlər yaranır. Valideyn himayəsindən məhrum olmuş, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil ala

Manatın məzənnəsi açıqlandı

Mərkəzi Bank11 noyabr 2026-cı il tarixindən etibarən müəyyən etdiyi rəsmi məzənnələrini açıqlayıb. xəbər verir ki, 1 ABŞ dolları 1.700 manat, 1 avro 1.8981 manat, 100 Rusiya rublu 2.0422 manat, 1 Türkiyə lirəsi isə 0.033

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı


son xeberler azerbaycan xeberleri yeni xeberler xankendi hava durumu metbuat xeberleri xeber.az son xeberler