Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən rəsmi cavab

Maaş və pensiayalar yenidən artacaq? - Nazirlikdən rəsmi cavabAzərbaycanda maaş, pensiya və müavinətlərin yenidən artırılacağı ilə bağlı müzakirələr başlayıb. Sosial mediada gedən müzakirələrə həm vəzifəli şəxslər, həm də iqtisadçılar tərəfindən münasibət gəlib. 
Maaş və pensiyaların artırılmasına əsas kimi neft və qaz satışından əldə olunacaq əlavə gəlirlər göstərilir.
azxeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi yutub səhifəsinə "Maaş və pensiyalara yenidən baxıla bilər" başlıqlı video da yerləşdirilib. Nazirliyə məxsus platformaya bu məzmunda videonun yerləşdirilməsi mövzunu daha da gündəmə gətirib. 
Qeyd edək ki, ARB kanalında yayımlanan "Günə doğru" verilişində deputat Vahid Əhmədovdan sitat gətirilir ki, inflyasiya proqnozlaşdırılan 5 faizdən yüksək olacaqsa, maaş, pensiya və müavinətlərə yenidən baxılmalıdır. 
Azərbaycanda pensiya və maaşların yenidən artırılacağı ilə iddialar həqiqəti əks etdirirmi? Müharibə veteranı və iştirakçılarının pensiyası artırıla bilərmi? Bu istiqamətdə müzakirələr gedibmi? Bu suallara cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirliyin BAKU.WS-in sorğusuna cavabı belə oldu:
"Aparılan sosial islahatların mühüm istiqamətini sosial ödənişlərin, o cümlədən pensiya və əməkhaqlarının artırılması təşkil edir.
Bu istiqamətdə növbəti addım olaraq cari ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə hər il pensiyalarda, əməkhaqlarında davamlı artım özünü göstərir.
Xüsusilə 2028-2023-cü illərdə 4 sosial islahat paketi icra olunmaqla minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq pensiya 2,1 dəfə, orta aylıq əməkhaqqında 70 faizdən çox artım baş verib. Bütün bu rəqəmlər ölkəmizdə sosial ödənişlərin artım dinamikasının davamlı xarakter aldığını göstərir.
Müharibə veteranları da aylıq təqaüdlə təmin olunmaqla yanaşı, onların aktiv məşğulluq proqramlarına cəlb olunması işləri aparılır. Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi çərçivəsində həmin kateqoriyalardan olan 21 minə yaxın şəxsin məşğulluğu təmin edilib, həmçinin 10,4 min şəxs özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik biznes sahələri yaradılıb.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 128 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 331 min xidmət göstərilib.
Onu da bildirək ki, müharibə veteranları və iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar. Eyni zamanda, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər.
Əmək və vergi qanunvericiliyində də müharibə veteranları üçün bir sıra güzəştlər nəzərdə tutulub".

İqtisadiyyat       Tarix: 23 fevral 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.32% artaraq 4.179ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.24% bahalaşaraq 57.68 AB

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri cəbhədən son görüntülər butun xeberler xeberler bu qun