Macarıstan XİN: "Qiymət tavanının tətbiqi Rusiya qazının Aİ-yə tədarükünü DAYANDIRACAQ"
Aİ-nin Rusiya qazının qiymətləri ilə bağlı təklif etdiyi limit Avropa və Macarıstanın maraqlarına ziddir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, qiymət tavanı Rusiya qazının Avropaya nəqlinin dərhal dayandırılmasına səbəb olacaq.
Siyarto belə bir bəyanatla Aİ-nin enerji nazirlərinin növbədənkənar iclasından əvvəl çıxış edib.
"Rusiya qazının qiymətlərinin məhdudlaşdırılması planı Avropa və Macarıstanın maraqlarına tamamilə ziddir. Əgər qiymət məhdudiyyətləri sırf Rusiya qazına tətbiq edilərsə, bu, təbii ki, Rusiya qazının Aİ-yə tədarükünün dərhal dayandırılmasına gətirib çıxaracaq", – Peter Siyarto deyib.
Qeyd edək ki, Macarıstanın neft və qaz ehtiyacının böyük hissəsini Rusiya təmin edir. Bundan əvvəl Budapeşt Aİ-nin Rusiyaya tətbiq etdiyi sanksiyaları kəskin tənqid edib.
Xatırladaq ki, "Qazprom" artıq avadanlığın təmiri ilə bağlı "Şimal axını" kəməri ilə qaz nəqlini dayandırıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı