Macarıstan XİN Ukraynanı ölkədəki seçkilərin nəticələrinə təsir etmək cəhdində İTTİHAM ETDİ
Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanı ölkədəki seçkilərin nəticələrinə təsir etmək cəhdində ittiham edib.
KONKRET.azxəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi Facebook səhifəsində müvafiq açıqlama verilib.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto Ukraynanı bazar günü ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə təsir etmək cəhdində ittiham edib.
Siyyarto bildirib ki, ittiham Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Ukraynanın Macarıstandakı səfiri arasında söhbətə əsaslanır. İddialara görə, Kuleba səfiri "Macarıstan seçkilərinin nəticələrinə təsir imkanları barədə məsləhətləşməyə" çağırıb.
Siyyarto Kuleba ilə Ukrayna səfiri arasında söhbətin məzmununu necə öyrəndiyini izah və sübut təqdim etməyib.
Dmitri Kuleba artıq Macarıstan XİN-in "European Pravda" nəşrinə dediklərini şərh edib.
"Macarıstanın Ukraynadakı davranışından başqa, biz heç vaxt Macarıstanın daxili işlərinə qarışmamışıq, xüsusən də seçkilər ərəfəsində. Qısamüddətli seçkiqabağı qazanc naminə nazir Siyyartonun necə davrandığını görmək qıcıqlandırıcıdır, cəfəngiyyat uydurmağa və onunla uzun müddət qurduğumuz münasibətləri məhv etməyə hazırdır", – deyə Kuleba bildirib.
Ukrayna Xarici İşlər Nazirliyi əlavə edib ki, Lavrovun ordeni onun üçün ukraynalı nazirlə münasibətdən daha qiymətlidirsə, Siyyarto bildirməlidir.
Xuraman Etibarlı,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti