Maduro super qəhrəman kostyumu geyinəcək - VİDEO
Maduro super qəhrəman kostyumu geyinəcək - VİDEO
Venesuela prezidenti Nikolas Maduro dekabr ayından ölkədə yayımlanan cizgi serialının qəhrəmanının geyimində ictimaiyyət qarşısına çıxacağına söz verib.
Bu, əsas personajı "SuperBigot" adlı personaj olan, "Super Bığ" və ya "Super Bığlı" kimi tərcümə oluna bilən qısa, bir yarım dəqiqəlik səhnəciklər seriyasıdır. O, Maduroya oxşayır, əynində supermenə bənzər qırmızı-mavi kostyum, başında isə Venesuela bayrağlı papağı var. Maduro özü dəfələrlə müxtəlif tədbirlər zamanı zarafatla özünü "super bigote" adlandırıb.
SuperBigot imperializm, sanksiyalar, pandemiya ilə mübarizə aparır. ABŞ-ın keçmiş prezidenti Donald Trampa bənzəyən mənfi personajlardan biri daim planlar qurur və Venesuelaya zərər vurmağa çalışır, lakin superqəhrəman onun bütün planlarını məhv edir.
"Siz bilirsiniz, bu ideyanı yumor hissi olan insanlar irəli sürüblər, çünki yumor hissi olmayan insanlar bizim həyatdan necə həzz aldığımızı anlamırlar", - deyə Maduro serial haqqında fikirlərini bölüşüb.
"Onların "Supermen" və "Hörümçək adam"ı var, bizdə "SuperBigot" və onun dostları var", - deyə Maduro gülərək əlavə edib.
Serialda prezidentin həyat yoldaşı və onun ən yaxın həmkarlarını canlandıran personajlar da var.
"Deyirlər ki, maskarad fabriki minlərlə "SuperBigot" kostyumları hazırlayır. Nə vaxtsa proqramlardan birinə mən belə qatılacam, ona görə də hazırlaşın!" – deyə prezident təbəssümlə əlavə edib. /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız