Maduro Trampı ona qarşı sui-qəsd hazırlamaqda İTTİHAM ETDİ
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın sabiq lideri Donald Trampı 2018-ci ildə ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Venesuela Milli Qvardiyasının 86-cı ildönümündə deyib.
Onun sözlərinə görə, Amerika administrasiyası Kolumbiya hökumətinə bunu əmr edib.
Venesuela Prezidenti qeyd edib ki, Kolumbiyanın keçmiş rəhbəri Xuan Manuel Santos hakimiyyətdə olduğu son günlərdə Venesuelada rejim dəyişikliyinin çox yaxında baş verəcəyini elan etməzdən əvvəl terror qruplaşmasının hazırlanmasını maliyyələşdirib.
Qeyd edək ki, Maduroya qarşı sui-qəsd 2018-ci il avqustun 4-də baş verib. Belə ki, parad zamanı partlayıcılarla doldurulmuş iki pilotsuz təyyarə ona yaxınlaşmağa çalışıb. Prezident qvardiyasının snayperləri yaxınlaşan pilotsuz təyyarələri vurublar. İş üzrə 17 müttəhimə həbs cəzası verilib.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi