Magistr olmaq istəyənlərin nəzərinə

Magistr olmaq istəyənlərin nəzərinə2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edilib.
azxeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ("Şəxsi kabinet"i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir.
Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://eservices.dim.gov.az/erizemag/erize) daxil olub, "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir.
Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər.
Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.
Qəbul imtahanının (I cəhd) fevralın 16-da keçirilməsi nəzərdə tutulur.
İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır. Qeyd edək ki, xarici dil üzrə bakalavrlara oxuyub-anlama bloku üzrə iki oxu mətni – mətnlərin hər birinə aid 4 qapalı, 1 açıq tipli test tapşırığı olmaqla, ümumilikdə 5 tapşırıq təqdim olunur. Oxu mətnləri üzrə açıq tipli (seçim) test tapşırıqlarından əlavə, verilmiş fikrin doğru və ya yanlış olmasını müəyyənləşdirməyi tələb edən qapalı tipli test tapşırıqları da verilir. Bu tip test tapşırıqlarında, ümumilikdə 4 mülahizə olur. Bakalavrın mülahizələrə dair verdiyi bütün cavablar doğru olduqda bu, 1 (tam) balla, 3 mülahizəyə dair verdiyi cavab doğru olduqda 0.5 (yarım) balla, iki və ya daha az mülahizəni doğru cavablandırdıqda isə 0 (sıfır) balla qiymətləndirilir.
İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.
Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır.

Sosial       Tarix: 13 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber bu gune olan xeberler xeberlər en son xəbərlər bugün