Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıb

Magistraturaya qəbul imtahanının vaxtı açıqlanıbDövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır.
Bu barədə azxeber.com-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Ötən illərin təcrübəsi göstərir ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının "Tələbə-məzun" bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur.
Qeyd olunanları nəzərə alaraq, əvvəlki illərdə məzun olan və qəbul imtahanına vaxtında və uğurla qeydiyyatdan keçmək istəyən bakalavrlara tövsiyə edirik ki, indidən ali təhsil haqqında məlumatlarını MyGov.az portalına daxil olaraq "Təhsil məlumatlarım" bölməsində yoxlasınlar. Təhsil (diplom) haqqında məlumat aşkar olunmadıqda və ya məlumatlarda qeyri-dəqiqlik üzə çıxdıqda bitirdiyiniz ali təhsil müəssisəsinə, ali təhsil müəssisəsi artıq mövcud deyilsə, Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır ki, sistemdə müvafiq düzəliş və ya əlavələr edilsin.
Xarici dövlətlərdə təhsilini başa vurmuş Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar isə təhsil məlumatlarını linkinə daxil olmaqla yoxlamalıdırlar. Məlumat aşkar olunmadıqda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bu məlumatları indidən yoxlayın ki, qəbul imtahanına qeydiyyat elan olunduqda çətinliklər yaşamayasınız.

Sosial       Tarix: 21 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler son xeberler bugun 2026 azerbaycan idman xeberleri xeberler azerbaycan