Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqe

Makronun məkri - Fransanın Azərbaycan əleyhinə qətnaməsinə qəti mövqeXəbər verdiyimiz kimi, noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) "Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması"nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edilib. 
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
Məsələ ilə bağlı azxeber.com-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, bu qətnamə Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
"Qətnamə layihəsinin həmmüəllifləri "Renessans" partiyasından olan deputatlar olub. "Renessans" partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan "İrəli, Republika" (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partıya rəsmi olaraq adını "Renessans" olaraq dəyişib. Ümumiyyətlə, Makron partiyanın adını təkcə "Renessans" etməklə kifayətlənmədi, həm də klassik üslubda bir partiyaya çevirdi. Çünki "İrəli, Republika" partiyası həm sağı, həm də solçuları birləşdirən transpartiyalı siyasi hərəkat idi. Qətnamə layihəsinin həmmüəlliflərinin  "Renessans" partiyasından olan deputatlar olduğunu nəzər alsaq demək olar ki, bu qətnamənin müəllifi birbaşa Fransa Prezidenti Emmanuel Makrondur".
Siyasi şərhçi deyib ki, Nikol Paşinyan Azərbaycanla görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır.
"Fransa Prezidenti Emmanuel Makron Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə "iştirak etmək" istəyir. Bunu bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə gələn zəng də təsdiqləyir. Belə ki, həmin zəngdə bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Noyabrın 25-də Bakıda, ADA Universitetində "Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev isə açıqca şəkildə bildirdi ki, "şərtli" görüşdən imtina edir. Prezident həm də onu qeyd etdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görünür bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, görüşdə iştirakına razılıq verməsi Makronu cəsarətləndirdiyi kimi indi də qəzəbləndirib. Makron məlum qətnamə ilə regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirməyə çalışır. O bu yolla regionda Fransanın iştirakı olmadan sülhün bərqərar olmayacağı mesajını verməyə çalışır. Ümumiyyətlə Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun heç bir halda vasitəçi ola bilməyəcəyini sübut edir. Bu həm də Azərbaycan Prezidentinin "bir görüşdə iki bacı ilə" üz-üzə oturmayacağıq mesajının doğruluğunu göstərir".
Politoloq hesab edir ki, rəsmi Bakı Fransanın yalan və iftira dolu qətnaməsinə cavab verməlidir:
"Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında qəbul edilən yalan və iftira dolu qətnaməyə rəsmi Bakı səssiz qalmamalı və mütləq cavab verməlidir:
Birincisi, Fransa ilə siyasi əlaqələrə yenidən nəzər keçirilməli Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Bundan başqa Fransanın ölkəmizdəki səfəri XİN çağırılıb nota təqdim edilməlidir.
İkincisi, Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktlarını rəsmi olaraq tanımalıdır.
Üçüncüsü, Fransa tez-tez ermənilərə "status" tələbi ilə çıxış edərək faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etdiyi kimi daxili işlərinə də qarışır. Rəsmi Bakı bunu əsas gətirərək Korsikada baş verən iğtişaşlara və adanın müstəqillik hərəkatına siyasi dəstək verə, habelə Yeni Kaledoniyanın müstəqilliyini tanıya bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 02 dekabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı enson xeberler beynelxalq bank mezenne cəbhədən son xəbərlər 2026