Malatyada ailə qətlamı: Arvadını, qızını və nəvəsini öldürdü
Malatyanın Argüvan rayonunda İsmət Budak həyat yoldaşını, qızını və nəvəsini tapança ilə öldürüb, sonra da eyni silahla həyatına son qoymağa cəhd edib. Xəsarət alan Budak xəstəxanaya aparılıb.
KONKRET.az xəbər verir ki, dəhşətli hadisə gecə saatlarında rayonun Güveçli yaşayış məntəqəsində baş verib. İddiaya görə, fermer İsmət Budak boşanma prosesində olan qızı Cansu Aslanla (33 yaş) mübahisə edib.
Artan mübahisədə İsmət Budak üzərində olan silahla həyat yoldaşı Songül Budak (64 yaş), qızı Cansu Aslan və nəvəsi Bülem Aslana (5 yaş) atəş açıb.
İsmət Budak daha sonra eyni silahla özünü çiynindən vurub.
Həyat yoldaşını, qızını və nəvəsini öldürərək intihar etmək istəyərkən yaralanan İsmət Budak təcili yardımla Turqut Özal Tibb Mərkəzinə aparılıb. Meyitlər məhkəmə tibb müəssisəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi