Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?İnsanların pul yığa bilməməsinin əsas səbəbi şəxsi maliyyəyə sistemli yanaşmanın olmamasıdır. Bəs maliyyə sabitliyi üçün ən vacib qaydalar hansılardır?  Gəlin ən vacibindən başlayaq. Yığım etmək istəyirsinizsə  bu prosesinə, gəlirləriniz əsas xərcləri — kommunal xidmətlər, ərzaq, nəqliyyat və digər vacib ehtiyacları ödədikdən sonra başlamaq lazımdır. Bəs insanlar nə üçün  pula qənaət edə bilmir?
azxeber.com xəbər verir ki, BBN.az-ın "Maliyyə savadlılığı" rubrikasında suallarımızı Marketinq ekspert qrupunun eksperti Çingiz  M. Əsədov cavablandırır:
Çingiz müəllim xoş gördük. Bu gün maliyyə savadlılığından danışacayıq. Təbii ki, maliyyə savadı olan insan gəlirindən qənaət etməyi də bacarmalıdır. Sizcə qənaət etmək çətindirmi?
- Çoxları düşünür ki, qənaət etmək çətindir, amma problem pulun azlığında yox, planın olmamasındadır. İnsan nə qədər qazanırsa-qazansın, izləmədiyi xərclər sanki su kimi axıb gedir. Biz bəzən "indi yaşamaq" adı ilə gələcəyi unuduruq, halbuki sabitlik elə bu gün atılan kiçik addımlardan başlayır. Benjamin Franklin demişdi: "Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır." Qənaət məhrumiyyət deyil, düzgün seçim vərdişidir.
Bəs, yığımın ən vacib qaydası hansıdır?
- Yığımın əsas qaydası çox sadə, amma həyati bir prinsipdir — "öncə özünə ödə". Yəni gəlir əldə edən kimi bir hissəsini yığıma ayır, qalanla yaşa. Çoxları bunu tərsinə edir və artıq qalandan yığmağa çalışır, amma artıq adətən qalmır. Kiçik, amma mütəmadi yığım zamanla böyük nəticə verir. Yığmaq sadəcə pul saxlamaq deyil, gələcəyə güvən hissi yaratmaqdır. Qənaət, əslində, pulun deyil, zamanın düzgün idarəsidir — çünki hər yığılmış manat sabahın azadlığına çevrilir.
Bəs yığımın qarşısını alan, insanlara bu işdə maneə oan amillər hansılardır? İlk növbədə impulsiv xərclər yığımın qarşısını alan əsas amillərdən biridir. Çox vaxt insanlar pul xərcləməkdə emosiyaların təsiri altına düşür, ehtiyacdan çox əhval-ruhiyyəni yaxşılaşdırmaq və ya vərdiş nəticəsində alış-veriş edirlər. Planlı və vəsaiti olan alışlar məqbuldur, lakin impulsiv xərclərin səbəbini anlamaq vacibdir. Bizimlə razısınızmı?
- Tamamilə doğrudur.  Yığıma ən çox emosiyalar və bəhanələr mane olur. "Az qazanıram", "yaşamaq lazımdır", "hələ tezdir" kimi fikirlər bizi dayandırır. Həm də mühit də təsir edir — reklamlar, sosial şəbəkələr, başqaları ilə müqayisə bizi daha çox xərcləməyə sövq edir. Napoleon Hill demişdi: "İnsan zəngin olmağa əvvəl düşüncəsində qərar verir." Yığımın sirri çox qazanmaqda deyil, az olanda da planlı davranmağı bacarmaqdadır.
Təbii ki, yığım prosesində şəxsi büdcə aparmaq da vacibdir. "Gözlənilməz xərclər — texnika və ya avtomobilin sıradan çıxması — həmişə mümkündür. Buna görə "təhlükəsizlik yastığı" yaratmaq vacibdir. Amma çox insan gəlir və xərclərini yazmır, bu da maliyyənin idarə olunmasını çətinləşdirir. Büdcəni xüsusi tətbiqlər, Excel və ya sadə dəftər vasitəsilə aparmaq olar. Xərclərin optimallaşdırılması da maliyyə savadlılığının mühüm hissəsidir. Məhsullar arasında qiymət və keyfiyyət nisbətini müqayisə etmək, tanınmış brendə görə boşuna pul xərcləməmək lazımdır.

İqtisadiyyat       Tarix: 09 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.55% artaraq 4.193 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.31% bahalaşaraq 57.91 AB

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az ən son xəbərlər bugün kriminal bugun qarabag