Mamicanyan: "Paşinyanın xarici siyasəti nəticəsində Ermənistan yalnız qalıb"
"Nikol Paşinyanın xarici siyasəti nəticəsində bu beş il ərzində Ermənistanın yalnız qalması halları çox olub".
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində Xarici əlaqələr daimi komissiyasının üzvü, "Şərəf duyuram" fraksiyasının deputatı Ayk Mamicanyan danışıb.
Mamicanyan 44 günlük müharibə zamanı Ermənistanın dost və qonşu ölkələri sayılan Gürcüstan və İranın öz hava məkanlarını bağladığını xatırladır və belə halların çox olduğunu qeyd edib:
"Əlbəttə, xarici siyasətdə ən böyük boşluq kimi Paşinyanın Praqada Artsaxın Azərbaycanın bir hissəsi olması ilə bağlı bəyanatını qeyd etmək lazımdır. Belə bir xarici siyasət trayektoriyası olan qrupun nəticəsidir ki, müttəfiqlər və tərəfdaşlar yaxşı mənada Ermənistanın yürütdüyü xarici siyasətin proqnozlaşdırmaqda çətinlik çəkirlər".
Mamicanyan Paşinyanın Rusiya və KTMT ilə bağlı sözlərinə də reaksiya verib.
"Nikol Paşinyanın sözləri yalanla sinonimdir, ona görə də onun sözlərinə əsaslanaraq nəyisə təhlil etmək tamamilə faydasız və ümidsiz bir prosesdir",-deyə o, bildirib.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ