Manatın məzənnəsi haqda anons verildi – Mühüm xəbər
Keçmiş deputat, iqtisadçı Vahid Əhmədovun manatın məzənnəsi ilə bağlı fikirləri mübahisə doğurub. O, "AzPolitika"ya müsahibəsində deyib ki, manatın hazırkı sabitliyi inzibati mexanizmlərlə qorunur, lakin bu, uzunmüddətli dövrdə davamlı ola bilməz. Sabiq deputatın sözlərinə görə, müəyyən mərhələdə məzənnə dəyişiklikləri, o cümlədən devalvasiya ehtimalı istisna edilmir.
Bu proqnoz nə dərəcədə realdır?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda ölkəmizin ümumi valyuta ehtiyatı təxminən 80 milyard dollar təşkil edir:
"Bu rəqəm Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondunun (ARDNF) ehtiyatlarını əhatə edir, iqtisadiyyatımız üçün mühüm "təhlükəsizlik yastığı" rolunu oynayır. Bu ehtiyatlar xüsusilə neftin qiymətinin enməsi hallarında hökumətə manevr imkanları yaradır. Qeyd edim ki, gələn ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 60 dollar səviyyəsində nəzərdə tutulub və hazırda bazarda qiymətlər bu göstəriciyə uyğundur".
İqtisadçı bildirib ki, neft hasilatının azalması fonunda ölkəyə valyuta daxilolmaları da müəyyən qədər azalıb:
"Bu da təbii olaraq iqtisadi təzyiqlər yaradır. Xatırlatmaq lazımdır ki, Azərbaycan manatı artıq 2015-ci ildən bəri sabit məzənnədə saxlanılır. Məzənnə inzibati üsulla, yəni Mərkəzi Bankın nəzarəti və siyasəti çərçivəsində tənzimlənir. İndiki şəraitdə müəyyən risklər və təzyiqlər müşahidə olunur. Lakin manatın məzənnəsində dəyişiklik yalnız inzibati qərarla, yəni Mərkəzi Bankın rəsmi mövqeyi əsasında mümkündür".
Turlar.az [newsid: 0-123300]

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto