Manukyandan TƏXRİBAT ÇAĞIRIŞI: Sünik sakinlərini silahlanmağa səslədi
Ermənistanda hökumətin istefası tələbi ilə keçirilən aksiyada yenidən təxribat xarakterli fikirlər səsləndirilib.
KONKRET.az xəbər verir ki, Ermənistanın birinci baş naziri Vazgen Manukyan Sünik sakinlərini silahlanmağa və özünümüdafiə dəstələri yaratmağa çağırıb.
"Orduya güvənmək lazım deyil. O, güclüdür, amma ondan istədiyi kimi istifadə edən adamın əlindədir. Özünüzü silahlandırın və ölkəni müdafiə edin və burada biz hökuməti dəyişməyə və bununla da ordunu qorumağa çalışacağıq", – Manukyan qeyd edib.
Manukyanın sözlərinə görə, Paşinyan bütün müttəfiqləri ilə münasibətləri korlayıb və o, hakimiyyətdə olduğu müddətdə indiki vəziyyəti düzəltmək mümkün deyil.
Qeyd edək ki, artıq iki gündür ki, İrəvanın mərkəzində etiraz aksiyaları keçirilir. Etirazçılar hakimiyyətin Qarabağla bağlı siyasətindən narazıdırlar və baş nazir Nikol Paşinyanın və onun bütün komandasının istefasını tələb edirlər.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ