Maqnit qasırğasının fəsadları nədir və bundan necə qorunaq? - Həkimdən AÇIQLAMA

Maqnit qasırğasının fəsadları nədir və bundan necə qorunaq? - Həkimdən AÇIQLAMASon zamanlar maqnit qasırğasının olacağı ilə bağlı xəbərlər geniş yayılır. Bu qasırğaların insanların səhhətinə zərər verəcəyi ilə bağlı xəbərlər isə əhali arasında müəyyən  təşvişin yaranmasına səbəb olur. Bəs görəsən maqnit qasırğasıın insan səhhətinə və orqanizminə nə kimi fəsadları ola bilər? Bundan qorunmaq üçün nələri etmək lazımdır?
Mövzunu KONKRET.az-a şərh edən həkim pulmonoloq Əsəd Beydullayev bildirib ki, günəşdə maqnit fırtınalarının olması haqda tez-tez məlumatlar yayılır. Bu maqnit qasırğaları nəticəsində insanların səhhətində müxtəlif problemlər yaranır: "Günəşdə baş verən həmin partlayışlar nəticəsində çoxlu miqdarda proton və neytronların sıçrayışı müşahidə olunur. Bu, maqnit sahəsinə ciddi təsir göstərir. İnsan da dünyanın ayrılmaz bir hissəsi olduğuna görə, onun bədənindəki maqnit sahələrinə təsirsiz ötüşmür. Amma bu təsirin hamıda özünü göstərəcəyi ilə bağlı bir qayda yoxdur. Bəzi meteohəssas insanlarda maqnit qasırğaları özünü büruzə verə bilər. Bu, onların psixoloji halı və bədən sağlamlığı ilə birbaşa əlaqəlidir. Nəticədə bir sıra xəstəliklər meydana çıxır. Xüsusən, ürək-damar xəstəlikləri olan insanlarda maqnit qasırğalarının təsiri özünü birbaşa göstərir. Qasırğaların təsiri özünü bəzi insanlarda tez, bəzilərində isə gec göstərir. Maqnit qasırğaları insanlarda daha çox qanın laxtalanmasına təsir edir. Bu isə ürək-damar xəstəlikləri olan insanlarda ürək tutmalarının, infark və insult riskinin artmasına gətirib çıxarır. Ona görə də, maqnit qasırğası zamanı bu kimi halların baş verdiyini tez-tez eşidirik.
Maqnit qasırğasının fəsadları nədir və bundan necə qorunaq? - Həkimdən AÇIQLAMAHəkimin sözlərinə görə, maqnit qasırğaları insanların immun sisteminə də təsir göstərir: "Xüsusən də payız aylarında bu, özünü daha qabarıq şəkildə büruzə verir. Çünki payızda günəş şüalarının miqdarı azaldığından inanlar daha həssas olur, immun sistemi isə zəifləyir. Maqnit qasırğası insanlarda baş ağrılarını artırır, yuxusuzluq və halsızlığa gətirib çıxarır. Eyni zamanda qulaqlarda cingiltinin olması, təzyiqin yüksəlməsi maqnit qasırğasının fəsadları sırasında qeyd edilə bilər. Maqnit qasırğasından qorunmaq üçün fiziki ağır işlərdən çəkinmək lazımdır. Bundan əlavə gündəlik yuyunmaq tövsiyə edilir. Çünki suyun neqativ yükləri götürmək xüsusiyyəti var. Bundan başqa yüngül formalı sakitləşdiricilərdən istifadə etmək olar. Çünki maqnit qasırğası sinir sisteminə birbaşa təsir göstərir. Eləcə də tərkibində çoxlu duz olan qidalardan uzaq durmaq, təyyarə və qatardan istifadə etməmək, uzaq yola çıxmamaq tövsiyə olunur. Digər tərəfdən içkidən və siqaretdən istifadə etməmək lazımdır. Əgər maqnit qasırğasına çox həssaslıq, eləcə də ürək-damar xəstəliyi varsa, bu zaman həkimə müraciət etmək, daha ciddi dərmanlar qəbul etmək vacibdir".
Müşviq Tofiqoğlu,
KONKRET.az 

Sağlamlıq       Tarix: 04 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxabar az ən son xeberler son xəbərlər iqtisadiyyat xeberleri bugun