Mariya Zaxarova: "Paşinyan günahkar axtarmaqdansa, sülhə nail olsun"
Ermənistan Baş Nazirinin 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına verdiyi açıqlamalar bir-biriylə ziddiyət təşkil edir. Hadisələri kökündən təhrif edən Paşinyan Rusiyanın vasitəçilik missiyasına da toxunub. Daxildəki siyasi proseslərlə bir başa bağlı olan bu açıqlamalar həm Ermənistanda, həm də kənarda müzakirə edilib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da Paşinyanın səsləndirdiyi fikirlərə münasibət bildirib:
"Paşinyanın Ermənistandakı hadisələrlə bağlı söylədiklərinə münasibət bildirmək fikrində deyiləm. Yüksək səviyyəli danışıqları da şərh etmək mənim səlahiyyətimdə deyil. Amma bütün bunlara baxmayaraq 2020-ci ildə Qarabağdakı müharibənin dayanmasında Rusiya öz üzərinə düşən işi yerinə yetirib və atəşkəsə nail olub".
Daha sonra Zaxarova bildirib ki, indi günahkar axtarmaqdansa, sülhə nail olmaq lazımdır. Paşinyan 44 günlük müharibəylə bağlı yaradılan komissiyaya verdiyi açıqlamalarında dəfələrlə Rusiya prezidentiylə danışdığını, Putinin bir neçə dəfə ayrı-ayrı təkliflərini də qeyd edib. Paşinyanın müharibənin gedişində buraxdığı səhvləri etiraf etməsi, bəzi əməllərindən peşman olduğunu deməsi də daxili auditoriya üçün hesablanıb. Ermənistan Baş Naziri Şuşanı Azərbaycan ordusu tərəfindən azad edilməsini "işğal" adlandırır, bununla da özünün "Qarabağ Azərbaycan ərazisidir" fikrinə zid fikirlər səsləndirir.
Bu isə Paşinyanın siyasi manipulyasiya etməsinin bariz nümunədir. İstintaqa 44 günlük müharibədə başına gələn bütün fəlakəti bir-bir nəql edən Paşinyan nədənsə Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayəti unudub. Gəncədə, Bərdədə, Tərtərdə, Naftalanda dinc sakinlərin qətlə yetirilməsini dilinə gətirməyən Paşinyan bu əməllərini də nə vaxtsa eriraf edəcək.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi