Marketlərdə ağlasığmaz fırıldaq - İstehlakçılar bu cür aldadılır
Müştərilərin marketlərdə aldadılması hallarına rast gəlinməsi artıq adi hala çevrilib.
Son vaxtlar "Ərzaqların üstündə göstərilən qiymətlə kassada vurulan qiymət uyğun gəlmir" kimi şikayətləri tez-tez eçidirik. Çox vaxt məhsulun endirimdə olduğu yazılır, lakin malı kassada vuranda məlum olur ki, satış endirimsiz qiymətlə həyata keçirilir.
Belə halla qarşılaşan zaman irad bildirdikdə satıcılar vitrindəki məhsulların qiymətlərini dəyişməyi unutduqlarını, görmədiklərini, bilmədiklərini və yaxud endirimli kampaniyanın bitdiyini bəhanə edərək vəziyyətdən çıxmağa çalışırlar.
Bəs, bu halla qarşılaşan müştərilər nə etməlidir?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov Yenisabah.az-a danışıb. O bildirib ki, bu cür problemlə müştərilər tez-tez qarşılaşır və aldadılırlar:
"Marketlərdə qiymətlə bağlı bu cür aldadılma çox geniş yayılmış problemdir. Taxçalarda malın aşağı qiymətə satıldığını görsək də, skanerlə məhsulu oxudanda yüksək qiymət deyilməsi çox yayılmış məsələlərdəndir. Xüsusən kartla ödənişlərdə bu tip problemlə qarşılaşmaq olur. Hökumət siyasət aparır ki, əhali nağdsız ödənişlərə keçsin, lakin marketlər də bundan sui-istifadə edir. Eləcə də marketlərdə endirimli mallar yığılır və yanına endirimsiz məhsullar da qoyulur. İstehlakçı endirimi görür və elə bilir ki, kampaniya bütün məhsullara aiddir. Kassada məlum olur ki, endirim həmin məhsula aid deyil. İstehlakçılar ölkədə bu cür aldadılır. Kassadan verilən qəbzlə malın üzərində yazılan qiymət arasında fərq varsa, bu, qanunun pozulması deməkdir".
Ekspert alıcıların bu kimi hallarla qarşılaşdıqda nə etməli olduğunu açıqlayıb:
"Əgər müştəri bu cür halla qarşılaşarsa, əvvəlcə kassada ona verilən çekin şəklini çəkməli, daha sonra zala daxil olaraq məhsula qoyulan qiymətin şəklini çəkməlidir, əlində bu sübutlar olduqdan sonra mağaza müdirinə problemi deməlidir və çalışmalıdır ki, öz iştirakı ilə həmin qiymət dəyişdirilsin. Əgər problem həll edilməzsə, 195 qaynar xəttinə zəng vurmalı, fotofaktları da onlara göndərməlidir. Müştəri çalışmalıdır ki, dövlət orqanları gəlib orada yoxlama aparsın, bu süni qiymət artımıdır. Yolverilməzdir və istehlakçıların aldadılmasıdır. Digər məsələ kartla ödənişdə problemin daha çox olmasıdır, hər adam kartdan çıxılan məbləğə və çekə baxıb qiymətləri müqayisə etmir".
E.Hüseynov bildirib ki, müştərilər tez-tez almadıqları məhsula görə pul ödəyir və buna diqqət yetirmirlər:
"Azad İstehlakçılar birliyinə gələn şikayətlər və şəxsi müşahidələrimə görə deyə bilərəm ki, bu cür aldadılmalar hədsiz çox olur. Hər il istehlakçılar almadığı məhsulun çekə vurulmasına görə təqribən 500 milyon manat pul ödəyirlər. Ona görə də istehlakçı mağazadan çıxmadan telefonuna gələn SMS-ə, kartdan çıxılan məbləğə və kassa çekinə mütləq diqqətlə baxmalıdır.
Bu istehlakçının aldadılmasıdır, hökumətin istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçı hüquqlarını qorumağa cavabdeh olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yarıtmaz vəziyyətdə işləyir. Belə şəraitdə istehlakçılar demək olar ki, hər gün aldadılırlar. Ona görə də müştərilər ictimai məsuliyyətlərini yerinə yetirməli, bununla mübarizə aparmalıdırlar".

Növbəti iclas Azərbaycanda keçiriləcək
Azərbaycan və Ermənistan bu məsələlərdə RAZILIĞA GƏLDİ
14 yaşlı qızla hamamda boğulan gəncin FOTOsu
Londonda bıçaqlı şəxs yəhudilərə hücum etdi
10 yaşlı Eldarın ölümünə səbəb olan sürücü ilə bağlı ilginc fakt
Okampo ifşasının pərdəarxası: Regional sabitliyə qarşı koordinasiyalı hücum
Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı
Sabah hava necə olacaq? - Proqnoz
Hikmət Hacıyev Kolumbiyanın xarici işlər nazirinin müavini ilə iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib
Prezident: İdmançılarımızda qələbə əzmi çox güclüdür
Bu gün Xüsusi Təyinatlı Qüvvələrin yaranmasının ildönümüdür
ADNA terrorundan 17 il ötür
Paşinyan Şahin Mustafayevin səfərindən danışdı
Ev axtaranların diqqətinə: 'Park Yasamal'da 2-4 otaqlı hazır mənzillər