Marketlərin "ƏDV geri al" oyunu: "Bu vəziyyətdən sui-istifadə edirlər"
Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini geri almaq hüququna malikdirlər.
Lakin görünən odur ki, istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, bəzənsə çekin keyfiyyətsizliyi istehlakçı üçün ƏDV-nin geri qaytarılmasına imkan vermir.
Bəzi hallarda isə çeklərdə 12 simvollu fiskal ID nömrəsi və QR kod o qədər keyfiyyətsiz şəkildə qeyd edilir ki, alıcı bu məlumatları sistemə ya çox çətinliklə yükləyir, ya da yüklənməsi, ümumiyyətlə baş tutmur.
Bəzi market işçiləri bunu boyanın bitməsi ilə əlaqələndirir. İnsanlar isə iddia edir ki, bu qəsdən edilir. Bəs görəsən, həqiqətənmi bu, böyük marketlərin oyunudur?
KONKRET.azxəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, bu problem marketlərin məsələyə məsuliyyətsiz yanaşmasının nəticəsidir:
"Mağazalarda verilən çeklərin keyfiyyətsiz olması ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün ən azı 1-2 telefon zəngi daxil olur. Düşünürəm ki, bu marketlərin məsələyə məsuliyyətsiz yanaşması ilə bağlıdır.
ƏDV-lərin qaytarılması dövlətin sosial siyasətinin bir hissəsidir. Biz dəfələrlə demişik, biznesin qurulması üçün hökumət elə şərait yaradıb ki, onlara toxunmaq olmaz. Onlarsa bu vəziyyətdən sui-istifadə edirlər.
Bunu etməklə onlar istehlakçı hüquqlarını pozurlar. Bu hal şübhəsiz ki, bilərəkdən edilir, istehlakçılar belə problemlə üzləşməməlidir. Hətta şəhərin mərkəzində yerləşən mağazalarda belə bu cür problemlə rastlaşmaq mümkündür. Vətəndaşlara bu cür halla qarşılaşdıqda 195 telefon xətti ilə İqtisadiyyat nazirliyinə müraciət etməyi tövsiyə edirəm".
Xidmetler [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"