Marqarita Simonyanın paralel kainatları

Marqarita Simonyanın paralel kainatlarıMarqarita Simonyanın paralel kainatları
Müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazidə rus dilinin rəsmi dil kimi tanınması ilə bağlı dünən yayılan xəbərlər aydın havada göy gurultusu kimi səsləndi. Bu cür bəyanatların absurdluğu və eyni zamanda potensial təhlükəsi bizi vəziyyətə müxtəlif tərəflərdən baxmağa məcbur edir.
Tanınmamış separatçıların sözlərinə diqqət yetirməyə də bilərdik, əgər bunlar postsovet məkanının ən güclü informasiya mənbələrindən biri olan "RİA Novosti" agentliyi tərəfindən yayımlanmasaydı. 
Bəli, hər hansı bir insan özünü kainatın imperatoru adlandıra bilər və Jedi dilini kainatın rəsmi dili elan edə bilər. Çox gözəl. Bu barədə ən çox halda onun sosial şəbəkələrdəki qohumları və abunəçiləri xəbər tutacaqlar. Ancaq tanınmış bir xəbər agentliyinin belə bir açıqlamanı yayımlanması bu auditoriyanı min qat artıracaq. Yeri gəlmişkən, sözügedən agentliyin təkcə "Facebook"da 1,8 milyon abunəçisi var.
Qeyd edək ki, bu, "RİA Novosti"nin ilk anti-Azərbaycan xəbəri deyil. Vətən müharibəsi dövründə bu agentlik Qarabağ separatçılarının liderlərinin adlarını və açıqlamalarını, habelə tanınmayan qurumun daim xatırlanmasını özündə cəmləşdirən onlarla təxribat xarakterli xəbər yayımlamışdı. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putinin dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu açıqlayıb, bu da respublikamızın sərhədləri daxilində yeganə qanuni gücə sahib olduğumuza dəlalət edir. Buna görə sual yaranır: dövlət xəbər agentliyi prezidentə qarşı çıxaraq qeyri-rəsmi siyasət yürüdə bilərmi?
Burada "Rossiya Seqodnya" MİA-nın ("RİA Novosti" bu holdinqin bir hissəsidir) baş redaktoru, nəşrin siyasətindən məsul olan Marqarita Simonyanın şəxsiyyəti diqqət çəkir. "Marqo" həm "millətçilər", həm də "liberallar" tərəfindən sevilmir.
Həmkarları deyirlər ki, hədəfə çatmaq üçün onun heç bir əxlaqi prinsipi yoxdur.
Bu bacarıq orta səviyyədən aşağı IQ-su olan bir əyalət jurnalistini rus təbliğat maşınının zirvəsinə gətirib. Onu tanıyanlar Marqonun yeganə müsbət keyfiyyətini dövlət ideallarına "xəyali" sədaqət adlandırırlar. Məhz "xəyali", çünki çox vaxt redaktorun idealları onun üçün əziz olan "erməniçilik" idealları ilə toqquşur. Və burada "nə şiş yansın, nə kabab" prinsipi həmişə alınmır. Bu, Vətən müharibəsinin əvvəlində Simonyanın sosial şəbəkə yazılarındakı açıq şəkildə anti-Azərbaycan ritorikasından sonra Ermənistanı Rusiyanı sevməməkdə günahlandırması məqamında da aydın görünür. Yəqin ki, bu şəxsiyyətin dissosiativ pozğunluğu diaqnozu hələ gələcəkdə özünü xatırladacaq.
Bəs adi erməni qadınları tərəfindən "çox sevilən" Rusiya necə? Rusiya prezidenti özü Qarabağın Azərbaycanın ərazisi olduğunu deyir. V.Putinin erməni qoşunlarının Qarabağdan çıxarılması və Azərbaycanın rəsmi sərhədlərinə qayıdışından bəhs edən 10 noyabr 2020-ci il tarixli məlum bəyanatı altındakı imzası əvvəlki açıqlamalarını qanuni olaraq təsdiqləyən bir addımdır. Yəni, Rusiya qoşunlarının Qarabağda sülhməramlı əməliyyat aparmaq üçün gətirilməsi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünün qarantıdır. Əgər bu belədirsə, Azərbaycan qanunları bütün Azərbaycan ərazisində tətbiq olunmalıdır.
Qeyd edək ki, ölkəmizin Konstitusiyasına görə, Azərbaycanın bütün ərazisində yalnız bir rəsmi dil - Azərbaycan dili var. Rus dili də daxil olmaqla digər dillərin rəsmi statusu yoxdur, lakin dövlət rus dilində sərbəst istifadəni və təhsili təmin edir.
Əlbəttə ki, rus süngülərinin qorunması altında kor və kar kimi davranmaq asandır. Ancaq bütün maraqlı tərəflərə xatırlatmaq istərdik ki, bu "süngülər" Azərbaycan ərazilərində, onun səlahiyyətlilərinin icazəsi və razılığı ilə mövcuddur, yəni qonaqdır. Bölgəmizdə qonaqpərvərlik demək olar ki, müqəddəs bir anlayışdır. Ancaq bundan sui-istifadə etmək məqsədəuyğun deyil. Əks təqdirdə, ev sahibləri qonaq seçiminə şübhə ilə yanaşmaq məcburiyyətində qala bilər.
Namiq Həsənov /oxu.az

Siyasi       Tarix: 27 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun hava proqnozu son xəbər metbuat xeberleri