Mars Sarıyev ŞƏT sammiti barədə: Ermənistan artıq məğlub olub

Mars Sarıyev ŞƏT sammiti barədə: Ermənistan artıq məğlub olubMars Sarıyev ŞƏT sammiti barədə: Ermənistan artıq məğlub olub
9-10 sentyabr tarixlərində Moskvada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər nazirlərinin sammiti keçiriləcək.
Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin çox güman ki, tezliklə müşahidəçi statusu alacaq.
Hər halda, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında dediyi kimi, Rusiya Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu almaq üçün müraciətini dəstəkləyəcək.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə təsis edilib, altı dövlət - Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan təşkilatın üzvüdürlər.
2017-ci ildə Hindistan və Pakistan da ŞƏT-in üzvü oldu.
Rusiya Xarici İşlər Nazirliyi ŞƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) sammiti ilə əlaqədar elanında nazir Sergey Lavrovun Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə ayrı-ayrılıqda görüşlər planlaşdırıldığını elan etməsi maraq doğurur.
Media.Az qırğızıstanlı politoloq, regional təhlükəsizlik məsələləri üzrə ekspert Mars Sarıyevlə bəzi məqamları müzakirə edib.
- Dərhal soruşmaq istəyirəm: Niyə Rusiya Xarici İşlər naziri ŞƏT-in sammiti zamanı məhz Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə ayrı-ayrılıqda görüşlər keçirmək istəyir, axı ŞƏT-ə bir çox ölkələr üzvdür. Burada hansısa xüsusi məqam var?
- Mən düşünürəm ki, bu, Qırğızıstanda mövcud olan çətin vəziyyətlə əlaqəlidir. Dörd oktyabrda Qırğızıstanda parlament seçkiləri keçiriləcək və ölkədə Belarusdakı kimi destabilizasiya yaratmaq variantı istisna deyil. Qırğızıstanda müxalif qüvvələri var, misal üçün, "İslahat" partiyası. Qazaxıstan da risk zonasına daxildir.  Belarusdakı hadisələr Qazaxıstan və Qırğızıstandakı siyasi vəziyyətə təsir göstərə bilər.
- Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Rusiya Xarici İşlər naziri Sergey Lavrov yaxın günlərdə verdiyi açıqlamada Bakının ŞƏT-də müşahidəçi statusunu almaq üçün müraciətinin Rusiya tərəfindən dəstəklənəcəyini açıqladı. Bu, hər hansı üstünlük verirmi?
- İcazə verin mən məsələyə bir az əvvəldən başlayım. Məlum olduğu kimi, bu təşkilata Hindistan və Çin də daxildir. Bu iki ölkə arasındakı münasibət olduqca gərgindir. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı qeyd etdiyim iki ölkə arasında münasibətlərin qurulması üçün yaxşı bir dialoq platformasına çevrilib. Müşahidəçi statusu Azərbaycan üçün İrəvanla Bakı arasındakı gərginliyin aradan qaldırılması baxımında da yaxşı məqamdır.
- Başqa sözlə desək, ŞƏT Qarabağ problemini müzakirə etmək üçün platformaya çevrilə bilər?
- Əlbəttə. Misal olaraq Hindistan və Çin nümunəsini götürək. Bu ölkələrin müdafiə nazirləri ŞƏT platforması çərçivəsində görüşdülər. Rusiya isə hakim rolunda çıxış etməyə çalışır. Əlbəttə ki, Avrasiya məkanında sabitliyi pozmaqda maraqlı olan qlobalistlər, Qərb oyunçuları var. Beləliklə, ŞƏT formatı çox uyğundur.
Qarabağ münaqişəsinə gəlincə, iyul ayında Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələrə toxunmaq istəyirəm. Bu hadisələrdə geniş məqsədlər güdülürdü. Erməni tərəfi çoxgedişli oyunda istifadə olunurdu, vəziyyəti kəskinləşdirmək üçün irəli çəkilirdi. Fikir verin, bütün hadisələr enerji magistrallarının, nəqliyyat arteriyalarının yaxınlığında cərəyan edirdi. Ermənistan rəhbərliyi Nikol Paşinyanın simasında Avrasiya İqtisadi Birliyinin (Aİİ) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) axını ilə irəliləmir. İrəvan bu təşkilatların üzvü olmaqla onların birliyini sarsıdır. Bu, uzunmüddətli bir strategiyadır, lakin Ermənistan bir geosiyasi oyunun obyektinə çevrildiyi üçün artıq məğlub olub.
- ŞƏT-ə qayıdaq. Siz hesab edirsiniz ki, bu platformanın hakimi Rusiyadır?
- Belə deyim: başa düşmək lazımdır ki, ŞƏT- Çinin layihəsidir, bu isə Rusiyanın narahatlığına səbəb oldu. Lakin Rusiya tərəfindən lobbiləşdirilən Hindistanın təşkilata üzv olması vəziyyəti tarazlaşdırmağa kömək etdi. İndi bu artıq tamamilə Çin layihəsi deyil. Xatırladaq ki, Hindistanla yanaşı Pakistan da ŞƏT-in üzvüdür və burada danışıqlar üçün bir platforma mövcuddur. Əlbəttə ki, Çin Xalq Respublikası Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla münaqişələrin inkişafa mane olduğunu, Çinin "Bir kəmər, bir yol" layihəsini zədələdiyini, Türkiyəyə oradan isə Avropaya daxil olmağın qarşısını aldığını başa düşür. /oxu.az

Siyasi       Tarix: 08 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident

Ərdoğan Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş Qətər əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı ilə əlaqədar başsağlığı vermək üçün Dohaya səfər edib. -ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, Ərdoğan mərhum dövlə

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

ABŞ-İran gərginliyi pik həddə: Bölgədə böyük müharibə olacaq?

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı bir vaxtda ABŞ və İran arasında hərbi qarşıdurma daha da şiddətlənir. Son günlər Vaşinqtonun Tehrana qarşı həyata keçirdiyi əməliyyatlar intensivləşib və bölgədə genişmiqyaslı münaqiş

Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi

İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub. xəbər verir ki, görüşdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev I

Yaxın Şərqin "xuliqanı" zərərsizləşdirilir: Trampdan sərt bəyanat

ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt mövqeyini ifadə edərək, Tehranın Yaxın Şərqdəki təsirini və hərbi gücünü ciddi şəkildə itirdiyini bəyan edib. xəbər verir ki o, İranın hərbi potensialının dörd ay əvvəlki ilə müqayisəd

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Prezident İlham Əliyev amerikalı həmkarı Donald Trampa təşəkkür edib. xəbər verir ki, bu barədə dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Həmin paylaşımı təqdim edirik:


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber cəbhədən son məlumatlar en son xəbərlər bugün cebheden xeberler