Marsol Group iddialıdır: "Yerli şirkətlərin ən böyük tanıtım sərgisini keçirəcəyik" - FOTO

Artıq 7 ildir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group "Yerli Şirkətlərin Tanıtım Sərgisi" layihəsi çərçivəsində ölkə sahibkarlarını bir araya gətirir.
azxeber.com xəbər verir ki, layihənin əsas məqsədi — yerli şirkətlərə öz məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmək, yeni müştərilərlə təmas qurmaq və əməkdaşlıq imkanlarını genişləndirmək üçün əlverişli mühit yaratmaqdır.
Marsol Group-un rəhbəri Tural Mustafayev bildirib ki, bu sərgilər illər ərzində həm iştirakçıların, həm də ziyarətçilərin sayına görə genişlənərək artıq milli biznes platformasına çevrilib: "İlk sərgimizi 2019-cu ildə "Partners & Business Baku 2019" adı altında Caspian Business Hotel-də təşkil etdik. 100-dən çox yerli şirkət 5000-dən artıq ziyarətçiyə məhsullarını təqdim etdi. 2020-ci ildə Bakı İdman Sarayında keçirilən növbəti sərgimizdə 150 şirkət iştirak etdi, ziyarətçi sayı isə 10 min nəfəri keçdi. Bu artım yerli sahibkarların sərgiyə göstərdiyi marağın ildən-ilə yüksəldiyini sübut edir".
Tural Mustafayevin sözlərinə görə, 2022-ci ildə "Baku Crystal Hall"da keçirilən sərgi həm miqyas, həm də təşkilati baxımdan yeni mərhələ olub. 200-ə yaxın şirkət və 20 minə yaxın ziyarətçi iştirak edib, üç gün davam edən tədbir çərçivəsində 5 panel müzakirədən ibarət 3 günlük konfrans da keçirilib.
"2023-cü ildə biz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" adlı sərgimizi təşkil etdik. Həmçinin sərgi çərçivəsində  işğaldan azad olunmuş ərazilərdə investisiya imkanlarına və biznesin rəqəmsallaşmasına dair, 3000-dək sahibkarın iştirakı ilə panel müzakirələr təşkil olundu", — deyə Mustafayev qeyd edib. Onun sözlərinə görə, həmin il həmçinin ölkəmizdə ilk dəfə Bakı İdman Sarayında yerli istehsalçılara həsr olunmuş "Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi" keçirilib, 100-dən çox istehsalçı şirkətin təqdim etdiyi məhsullar minlərlə ziyarətçinin marağına səbəb olub.
2024-cü ildə Bakı Ekspo Mərkəzində keçirilən 5-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi" 200-ə yaxın şirkəti və 21.346 ziyarətçini bir araya gətirib. 2025-ci ilin 18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 2 zalı əhatə edən növbəti sərgidə isə 300-ə yaxın şirkət iştirak edib, ziyarətçi sayı 30 min nəfəri ötüb.
Marsol Group rəhbərinin sözlərinə görə, sərgilərdə sahibkarların aktivliyi və ictimai maraq ilbəil artır. Ziyarətçilər üçün ödənişsiz avtobus marşrutları təşkil edilir, bununla da bu platforma hər kəs üçün daha əlçatan olur.
Hazırda Marsol Expo növbəti böyük sərgiyə hazırlaşır. Tural Mustafayevin sözlərinə görə, 2026-cı ildə Bakı Ekspo Mərkəzində keçiriləcək yeni sərgi 12.000 kv.m ərazidə təşkil olunacaq və bu, indiyə qədərki ən genişmiqyaslı tədbirimiz olacaq: "Son sərgimizdə iki zaldan istifadə etmişdik, bu dəfə isə üç zalı əhatə etməyi planlaşdırırıq. Şirkətlərin marağı çox böyükdür, qeydiyyat prosesi davam edir, iştirakçıların çoxluğunu nəzərə alaraq sərgi zalının ərazisini böyütməyə qərar vermişik".
Bugünədək keçirilən bütün sərgilərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Marsol Group (KOBİA) təşkilatçı, Dövlət Məşğulluq Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Dövlət Reklam Agentliyi, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və digər dövlət və özəl qurumlar tərəfdaş qismində çıxış ediblər.
Sonda Marsol Group rəhbəri vurğulayıb ki, bu layihə təkcə bir sərgi deyil, yerli sahibkarlığın inkişafına xidmət edən milli biznes platformasıdır: "Biz inanırıq ki, bu sərgilər vasitəsilə Azərbaycan sahibkarları arasında yeni əlaqələr formalaşacaq, ölkədə fəaliyyət göstərən bütün sahələr üzrə şirkətlərin inkişafına real töhfə veriləcək. Marsol Group olaraq əsas məqsədimiz sahibkarları birləşdirmək, onları inkişaf və əməkdaşlığa təşviq edən etibarlı biznes ekosistemi yaratmaqdır. Maraqlanan tərəflər internet saytımızdan (marsolexpo.az) əlavə məlumatlar əldə edə bilərlər". 
Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır: Marsol Group iddialıdır:

İqtisadiyyat       Tarix: 22 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə


son xeberler yeni xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun sou xeberler bugun xeber az en son xeber